02:00 şənbə, 24 Avqust 2019
DÜNYA

Baş nazirin müşaviri güllələnərək öldürüldü

20:14, 27.05.20193413
Baş nazirin müşaviri güllələnərək öldürüldü

Əfqanıstanın şərqində yerləşən Paktiya əyalətində "Taliban” silahlılarının hücumu nəticəsində azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

Bu barədə yerli polis idarəsindən məlumat verilib.

Bildirilib ki, "Taliban” mayın 27-də gecə saatlarında Paktiya əyalətində nəzarət-keçid məntəqəsinə hücum edib. Nəticədə azı 4 polis əməkdaşı ölüb, 4-ü yaralanıb.

Bundan başqa, Əfqanıstan baş nazirinin müşaviri Nur Məhəmməd Arab Kunduz şəhərində naməlum silahlılar tərəfindən güllələnərək öldürülüb. 

Hadisə nəticəsində onun mühafizəçilərindən biri də yaralanıb. 

 

Unikal.org

XƏBƏR LENTİ