22:54 Cümə Axşamı, 15 Noyabr 2018
Bütün Xəbərlər

Baş redaktor deputatlığa namizəd oldu

17:21, 19.09.20151321
Baş redaktor deputatlığa namizəd oldu
Baş redaktor deputatlığa namizəd oldu
AZXEBER.COM xəbər verir ki, Azərbaycanın ilk regional xəbər portalı olan, artıq 6 ildir ki fəaliyyət göstərən “Sumqayitxeber.com”un təsisçisi və baş redaktoru Eyvaz Qocayev 1 noyabrda keçiriləcək Parlament seçkilərində 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən namizdəliyini irəli sürüb.
Son 10 ildə təlimçi, jurnalist və yazar kimi fəaliyyət göstərən Eyvaz Qocayevin yazdığı “Karyera bələdçisi” kitabı Azərbaycanda ən çox satılan kitablar siyahısına düşüb. Sumqayıtda yüzlərlə gəncə həm İKT, həm də karyera planlaşdırılması sahəsində təlimlər keçən Eyvaz Qocayev şəhərin sosial-mədəni həyatında xüsusi fəallığı və özünəməxsus təşkilatçılıq qabiliyyəti ilə seçilən bir gəncdir. 
Onun təşkil etdiyi teatr günləri, rok və muğam festivalları Sumqayıtın mədəni həyatını canlandıran tədbirlər olmuşdur.
XƏBƏR LENTİ