11:51 şənbə, 22 Sentyabr 2018
İDMAN

"Bavariya"nın oyunu təxirə salına bilər - Ərdoğana görə

17:36, 12.09.20182801
Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın sentyabrın 28-29-da Almaniyaya səfər etməsi Bundesliqanın təqviminin dəyişməsinə səbəb ola bilər.

AZXEBER.COM komanda.az-a istinadən xəbər verir ki, Almaniya kansleri Angela Merkellə görüşmək üçün Berlinə gedəcək Ərdoğanın səfəri, sentyabrın 28-də keçiriləcək "Herta" - "Bavariya" oyununu təxirə sala bilər.

Berlin polisi Türkiyə prezidentinin səfəriylə bağlı geniş təhlükəsizlik tədbirlərinin həyata keçiriləcəyini və buna görə də, sözügedən oyunun başqa tarixə salınmasının mümkünlüyünü bildirib.
XƏBƏR LENTİ