12:25 Bazar Günü, 18 Fevral 2018
SOSİAL

Bayılda sürüşmə aktiv fazadadır - Nazirlikdən xəbərdarlıq

11:00, 13.02.2018223
Bayılda sürüşmə aktiv fazadadır - Nazirlikdən xəbərdarlıq
"Hazırda Bayıl sürüşmə zonasında müşahidələr, mühəndis araşdırmaları aparılır, sürüşmə aktiv fazadadır, davam edir”.

Bunu "Report”a açıqlamasında ərazidə olan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji planlama ekspedisiyasının rəisi Əziz Qaralov deyib.

Onun sözlərinə görə, hazırda sürüşmə olan əraziyə getmək olmaz: "Ərazidə 20-30 metrlik böyük yarğanlar var. Hazırda orada topoqrafik işlər aparılır. Hazırda əraziyə mayak qoymaq və başqa işlər görmək mümkünsüzdür".

Ekspedisiya rəisi qeyd edib ki, Zığ, Masazır qəsəbəsindəki "Zəli gölü”, Nübar qəsəbəsidə olan sürüşmə sahələrində  də aktivləşmə var.

0
XƏBƏR LENTİ