01:04 Cümə Axşamı, 12 Dekabr 2019
SOSİAL

Bayram günü faciə: 2 yaşlı uşaq öldü

17:07, 12.08.20193636
Bayram günü faciə: 2 yaşlı uşaq öldü
Sabirabadda azyaşlının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AZXEBER.COM apa-ya istinadən xəbər verir ki, rayonun Qaratoğay kəndində içərisində Əşrəf Məmmədov və 2 yaşlı nəvəsi Əşrəf Ramin oğlu Məmmədovun olduğu "Mercedes” markalı avtomobil aşıb.

Qəza nəticəsində azyaşlı aldığı xəsarətdən hadisə yerində ölüb. 

Sürücü isə Şirvan Şəhər Mərkəzi xəstəxanasına yerləşdirilib.

Fakt araşdırılır.
XƏBƏR LENTİ