Bəhruz Quliyevlə bağlı heç yerdə eşitmədiyiniz - ETİRAFLAR

08 Avqust 2017, 18:09
AAA

 

Bu dəfəki müsahibimiz "Səs” qəzetinin baş redaktoru, Səs Media Qrupunun təsiscisi və rəhbəri, siyasi şərhçi, fəlsəfə doktoru Bəhruz Quliyevdir.

Olduqca maraqlı və səmimi mühitdə keçən müsahibədə həmsöhbətimiz keçdiyi ömür yolundan, çətinliklərindən, uğurlarından danışdı, ölkədəki ictimai-siyasi vəziyyəti təhlil etdi. Onunla söhbətə ənənəvi sualla - "Necə oldu mətbuata gəldiniz” sualı ilə körpü saldıq.

Bir var atasız-anasız yetim, bir də var atalı- analı yetim, mən ikincilərdən idim...

Bu məqamda deyək ki, Bəhruz Quliyev naxçıvanlıdır. 20 yanvar 1973-cü ildə Şahbuz rayonunun Qarababa kəndində anadan olub. Uzun müddətdir Bakıda yaşasa da, paytaxt həyatına qaynayıb qarışsa da, hələ də naxçıvanlı ləhcəsini saxlayır, xüsusən səmimi söhbətlərdə bunu aydın sezmək olur.

Bir çoxlarımıza elə gəlir ki, həyatda uğur qazanmış, müəyyən mövqe əldə etmiş şəxslər buna çox asan və rahat şəkildə nail olublar. "Bəxti-taleyi üzünə güldü, irəli getdi” şablonu bu dəfə işə yaramayacaq. Müsahibimiz çox çətin və məşəqqətli ömür yolu keçib.

"Həm atam, həm də anam ziyalı idilər, müəllim işləyirdilər. Fəxr edirəm ki, mənim valideynlərim ziyalı olublar və biz onlardan çox şeylər əzx etmişik. 1980-1987-ci illərdə kənd orta məktəbində oxusam da, sonradan yolumu Ordubad rayon internat məktəbindən saldım. Ardınca Bakıda 1 saylı fizika-riyaziyyat təmayüllü internat məktəbində oxudum. Düzdür, mənim internat məktəbində təhsil almağım sırf fərqli səbəblərdən idi. Lakin mən valideyn himayəsindən məhrum olmuş uşaqlarla bir sinifdə təhsil alırdım. Valideynsiz uşaqların  yanında pul xərcləmək,  onların yanında əyləncəli uşaqlıq həyatı keçirmək olmazdı. Bir sözlə davranışıma diqqət etməli idim. Bizim aldığımız tərbiyə bu idi. Bu səbəbdən mən atasız-anasız uşaqların yanında atalı-analı yetim idim”.

Daxilimdə bir SƏS var idi – "Bəhruz sən seyrçi qala bilməzsən, get vətənini qoru!”

Yazının girişində müsahibimizin haqqında əsas məlumatları versək də, bir məqamı qeyd etmədik. Əslində Bəhruz müəllimin özü buna razı olmadı. "Mən bunu nəyə və kiməsə görə etməmişəm, bunu etməsəydim, vicdanım məni rahat buraxmazdı” deyir müharizə veteranı olan qəhrəmanımız. 

"1990-cı ildə Azərbaycan Memarlıq və İnşaat Universitetinə daxil oldum. Əslində təhsilim əyani olmalı idi. Amma mən  torpaqlarımız uğrunda gedən döyüşlərdə iştirak etmək üçün könüllü olaraq təhsil formasını qiyabiyə keçirdim və Şahbuz rayonunda və kəndlərdə  yaranmış könüllülər qrupuna qoşuldum. O vaxt çox çətin idi, əli silah tutan hər kəs vətənin müdafiəsinə qalxırdı.  Erməniylə 100 metr məsafədə postlar qurulmuşdu. Baxmayaraq ki, bu kifayət qədər təhlükəli idi, amma sadə vətəndaşlar belə qətiyyən çəkinmir, əzm və inamla düşmənə sipər olurdular.  

Sonrakı dövrlərdə  Naxçıvana rəhbərlik edən Ulu Öndər Heydər Əliyevin naxçıvanlılara aşıladığı ruh yüksəkliyi, vaxtaşırı olaraq ermənilərlə sərhəddə olan kəndlərimizə gəlməsi insanlara xüsusi ruh verir,  döyüşçüləri qələbədən qələbəyə səsləyirdi. Bu məqamda qeyd edim ki, könüllü olmaq bizim üçün şərəf məsələsi idi. İndiyə qədər maraqlanmamışam ki, veteran vəsiqəm hardadır, yəni bundan heç zaman sui-istifadə etməmişəm. 

1992-1996-cı illərdə isə Sərhəd Qoşunlarında həqiqi hərbi xidmətdə olmuşam. N saylı Hərbi Hissədə düşmənlə üzbəüz sərhəd məntəqələrində qulluq etmişəm. Hərbi xidmətdən dönəndən sonra təhsilimi davam etdirmişəm və 2002-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm”.

"Sonradan başa düşdüm ki, jurnalistikadan kənarda dayana bilmərəm VƏ...”

Müsahibimiz nə az-nə çox, düz 20 il öncə "Səs" qəzetində jurnalist kimi fəaliyyətə başlayıb, 1998-ci ildən rəsmi müxbir, 2000-ci ildə məsul katib, 2001-ci ildə baş redaktor müavini kimi çalışıb. 2005-ci ildən isə "Səs" qəzetinin baş redaktorudur.

Eyni zamanda, 2008-ci ildə "Səs” Media Qrupunu yaradıb. Qrupun tərkibində "Səs" İnformasiya Agentliyi, "SəsTv" İnternet Televiziyası və bir neçə internet portalı fəaliyyət göstərir.

Mətbuata gəlişindən danışan həmsöhbətimiz bildirir ki, riyaziyyatçı olsa da, yaradıcılığa həmişə marağı böyük olub:

"Bildiyiniz kimi, mən riyaziyyat təmayüllü internat məktəbini bitirmişəm. Memarlıq və İnşaat Universitetinində isə nəqliyyatçı ixtisası üzrə ali təhsil almışam. Bilirsiniz ki, böyük qardaşım Rasim Quliyev hazırda məmur olsa da, müstəqillik hərəkatı illərindən aktiv jurnalist fəaliyyəti göstərib. Onun mənim jurnalist kimi fəaliyyətə başlamağımda böyük rolu olub. Hələ 1997-ci ildə mən "Səs” qəzetində məqalələr yazırdım. Əsasən yumoristik və felyaton janrlarda yazılar yazırdım. O vaxtkı və indiki müxalifət liderlərini tənqid edirdim. Sonradan "Səs” qəzetində məsul katib və baş redaktor müavini təyin olundum. 2005-ci ildən isə "Səs" qəzetinə rəhbərlik edirəm. Hazırda bizim media qrupumuz fəaliyyət göstərir və bu qrupun daxilində müxtəlif informasiya resursları cəmləşib”.

"”Səs” təkcə qəzet deyil, həm də bir ideoloji silahdır, biz Heydər Əliyev yolunun əsgərləriyik”

2008-ci ildə ikinci ali təhsil olaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında bitirib, 2014-cü ildə fəlsəfə üzrə fəlsəfə doktoru alimlik dərəcəsini alan Bəhruz Quliyev rəhbəri olduğu "Səs” qəzetinin yaranma tarixindən danışır:

"Bizim qəzet yarandığı gündən bir amala xidmət edib – Heydər Əliyev ideyalarının təbliği. Bu həmişə belə olub, indi də belədir, bundan sonra da belə olacaq. Ulu Öndər Naxçıvana rəhbərlik etdiyi dövrdə "Səs” qəzeti Bakıda fəaliyyət göstərirdi. 1992-ci ilin oktyabrında ölkənin tanınmış, seçilən, vətənpərvər ziyalıları adından Heydər Əliyevə müraciət olundu. Müraciətdə Ulu Öndərdən bu ağır, çətin dövrdə Bakıya qayıtmaq, ölkəni düşdüyü böhrandan çıxarmaq xahiş olunurdu. Ulu Öndər "Səs” qəzetində ziyalıların müraciətinə cavab verdi. Ümumilli Lider cavabında çox aydın tezislər ortaya qoymuşdu. Həmin tezislər beş bənddən ibarət idi. O bəndlərdə ölkəni uçuruma aparan məqamlar əksini tapmışdı. Kadr siyasətinin yanlış olmasından tutmuş iqtisadi problemlərdən çıxış yoluna qədər bütün məqamlar həmin cavab məktubunda ifadə olunmuşdu. 

Nəhayət 1993-cü ildə Ulu Öndər Bakıya qayıtdı. Çox cəsarətli addım ataraq qiyamın baş verdiyi Gəncəyə getdi. Onu bu ağır məqamda yalnız jurnalistlər müşaiyət edirdi. Məhz Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkə separatçı meyllərdən xilas oldu, inkişaf elədi. Yeni, güclü, qüdrətli Azərbaycan quruldu, müstəqil və güclü Azərbaycan dövlətinin əsası qoyuldu. 

"Səs” qəzeti bütün bu mərhələlərdə Ulu Öndərin yanında olub. Hazırda bizim qarşımızda duran əsas hədəf fasiləsiz olaraq Heydər Əliyev siyasi kursunu təbliğ etmək və ölkədə həyata islahatlara dəstək olmaqdır”.

"Biz öz məqsədimizə çatdıq, bu gün Azərbaycan adı gələndə hamı ayağa durur, ölkəmizin uğurlarını etiraf edirlər”

Müsahibimiz bildirir ki, ölkəmizin yürütdüyü xarici siyasət kursu Azərbaycanı sözün yaxşı mənasında fərqlənən bir dövlətə çevirib:

"Çox uzağa getməyək. Götürək elə qonşu dövlətləri, postsovet məkanında olan ölkələri. Yaxud yaxın şərq dövlətlərini. Müşahidə aparsaq görərik ki, hamısı ciddi problemlər, təlatümlər içərisindədir. Həmin ölkələrdə xaos hökm sürür, sabitlik yoxdur, iqtisadi böhran yaşayırlar. O dövlətlərin rəhbərləri əsas diqqətlərini siyasi təzyiqlərdən dolayı yaranan iqtisadi böhranın aradan qaldırılmasına yönəldiblər, faktiki olaraq inkişafdan geri qalırlar. Bəzilərini isə terror dalğası bürüyüb. Budurmu inkişaf, budurmu tərəqqi? Əlbəttə ki, yox. 

Cənab İlham Əliyevin yürütdüyü uğurlu xarici siyasət kursu ölkəmizi bütün bu təhlükələrdən sığortalayır. Bu gün dünyada bir "Azərbaycan modeli” yaranıb. Bu model milli maraqları öndə tutaraq müstəqil siyasət kursunu özündə ehtiva edir. Ölkəmiz nəhəng qonşular arasında normal münasibətlərin qurulmasına vasitəçilik edir. Rusiya və Türkiyə arasında münasibətlərin bərpasında ölkəmizin rolunu həmin dövlətlərin rəhbərləri özləri də etiraf edirlər. Bu beynəlxalq uğurdur, diplomatik qələbədir. Bunu etiraf etmək lazımdır. Son illərdə Azərbaycanda çox ciddi iqtisadi islahatlar həyata keçirilir. Bu islahatların doğurduğu nəticəni hər bir Azərbaycan vətəndaşı öz gündəlik həyatında hiss edir. Elə bir sahə yoxdur ki, dövlət rəhbərinin diqqətindən kənarda qalsın. Ölkəmiz dünyanın aparıcı idman ölkələrindən birinə çevrilib, istər Avropa oyunları, istər İslam oyunları, istərsə də digər beynəlxalq yarışlar bunun bariz nümunəsidir. Yaxud elə bizim çalışdığımız sahə olsun, mətbuata dünyada analoqu olmayan səviyyədə dövlət dəstəyi göstərilir. Jurnalistlərin sosial-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə Cənab Prezident İlham Əliyevin sərəncamı ilə yüzlərlə mənzildən ibarət binalar tikilib istifadəyə verilib. Hesab edirəm ki, ölkəmizin gələcəyi parlaqdır və qarşıda bizi daha möhtəşəm uğurlar gözləyir. Yaxın gələcəkdə Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanımız  dünyanın aparıcı dövlətlərindən birinə çevriləcək. Buna heç kimin şübhəsi olmasın”.


Müsahibəni aldı: Azər Niftiyev
AZXEBER.COM

 


Oxunma sayı : 2537

SON XƏBƏRLƏR
DiKaprio Trampı tənqid etdi - 21 Sentyabr 2017, 22:40
Xameneyi "Donald Tramp aciz və başıboşdur" - 21 Sentyabr 2017, 22:00
Dövlət qulluğuna qəbul üzrə müsabiqə — 25 nəfər qəbul edildi - 21 Sentyabr 2017, 21:29
"Nazir Fuad Poladovun səhhəti ilə özü maraqlanır" - teatrdan açıqlama - 21 Sentyabr 2017, 21:00
ANS-lə bağlı MTRŞ-dan — Açıqlama - 21 Sentyabr 2017, 20:38
Vüsal Quliyev: “Dövlət QHT-lərə dəstək verməklə vətəndaş təşəbbüskarlığını daha da artırır” - 21 Sentyabr 2017, 20:18
AZTV sədrinə sui-qəsddə təqsirləndirilən şəxs həbs edilib - 21 Sentyabr 2017, 20:02
Buraxılış və qəbul imtahanları ilə bağlı yeniliklər açıqlanıb - 21 Sentyabr 2017, 19:23
Azxeber.com "İnstagram" istifadəçilərini də bir araya toplaya bildi: "100 min olduq" - 21 Sentyabr 2017, 18:50
12 yaşlı qızın atalığından dünyaya gətirdiyi uşaq öldü - 21 Sentyabr 2017, 17:54
Məhşur klubdan Fatih Terimə təklif - 21 Sentyabr 2017, 17:50
Milli Məclisin deputatı fəlsəfə doktoru oldu - FOTO - 21 Sentyabr 2017, 17:37
Mübariz Qurbanlıdan şeyxlə bağlı xəbərlərə - REAKSİYA - 21 Sentyabr 2017, 17:36
Azərbaycanda universitetdən hicablı tələbələrə QADAĞA: "Hicablılar dərsə buraxılmayacaq - 21 Sentyabr 2017, 17:18
İtaliya səfirliyində rüşvət qalmaqalı: tələbələrdən viza üçün pul alınıb? - 21 Sentyabr 2017, 17:06
Akif Əli Azərbaycanı tərk etdi - 21 Sentyabr 2017, 17:02
Zakir Həsənovdan komandirlərə ciddi tapşırıq - Düşmənə maksimum zərər vurun - 21 Sentyabr 2017, 16:58
Nazirlər Kabinetində yeni təyinatlar - 21 Sentyabr 2017, 16:55
Nəsimi rayonunda 21 sentyabr Beynəlxalq Sülh günü qeyd edildi - 21 Sentyabr 2017, 16:36
Türkiyədəki evlilik verilişinin tanınmış siması: “İştirakçılar arasında azərbaycanlı fahişələr də vardı” – MÜSAHİBƏ - 21 Sentyabr 2017, 16:15
Mərhum nazirin gəlini özünə dəbdəbəli ad günü keçirdi - FOTOLAR - 21 Sentyabr 2017, 15:59
Sabina Selcanın libası “əyninə” dar gəldi – VİDEO - FOTOSESSİYA - 21 Sentyabr 2017, 15:50
Sumqayıtda müəllim 1-ci sinfə gedən uşağı döyüb — Valideyn şikayəti - 21 Sentyabr 2017, 15:38
Bakıda Lənkəranski ilə bağlı mahnı iki gəncin həyatını məhv etdi - 21 Sentyabr 2017, 15:05
Prezident Elçin Quliyevlə bağlı sərəncam imzaladı - 21 Sentyabr 2017, 14:59
Moskvada miqrantların iştirakı ilə kütləvi dava olub - 250 nəfər saxlanılıb - 21 Sentyabr 2017, 14:39
Azərbaycanda zəlzələ oldu - 21 Sentyabr 2017, 14:29
Azərbaycan İŞİD-dən xilas edilən uşaqları gətirmək üçün işə başladı - 21 Sentyabr 2017, 14:17
Mətanət sinəsini açdı, tənqid olundu - fotolar - 21 Sentyabr 2017, 14:10
Sabahdan Məhərrəm ayı başlayır - 21 Sentyabr 2017, 14:09
AZƏRTAC EANA-nın konfransında və Baş Assambleyasında iştirak edir - 21 Sentyabr 2017, 14:08
Generala “şərəfsiz dedi, butulkalar göydə uçuşdu - MTN məhkəməsində dava - 21 Sentyabr 2017, 13:36
İqtisad universitetinin keçmiş rəhbərliyinə cinayət işi açılır - Dövlət əmlakını taladıqlarına görə - 21 Sentyabr 2017, 13:27
Arvadını və qızını döydü, qumbarayla hədələdi - Azərbaycanda şok - 21 Sentyabr 2017, 12:56
"O qədər baş kəsibsən ki..." - Generalın məhkəməsindən - 21 Sentyabr 2017, 12:54
Afaq Aslan Azərbaycanı təmsil edəcək: “23 gözəldən biri də mənəm” - FOTOLAR - 21 Sentyabr 2017, 12:36
Bəzi yerlərdə yağış yağacaq - 21 Sentyabr 2017, 12:30
Tanınmış jurnalist xəstəxanaya yerləşdirildi: ürəyinə stend qoyuldu - 21 Sentyabr 2017, 12:24
Nazir departament rəhbərini və müavinini işdən çıxartdı - 21 Sentyabr 2017, 12:15
Bakıda ilk dəfə “Influencer Day ” tədbiri keçiriləcək - 21 Sentyabr 2017, 12:02
Ziya Məmmədovun bacısı bu süjetə görə işdən çıxarılıb? - VİDEO - 21 Sentyabr 2017, 11:51
İşdən çıxarılan vəzifəli şəxs axtarışa verildi - 21 Sentyabr 2017, 11:42
Prezident Milli Məclisin dəyişikliyinə etiraz etdi - Qanun layihəsini geri qaytardı - 21 Sentyabr 2017, 11:22
Turan İbrahimov Şeyxin qudası haqqında: Danışdıqca batır - VİDEO - 21 Sentyabr 2017, 11:19
Çingiz Qənizadə Hacı Qalibi məhkəməyə verir: "Həbs edilsin" - 21 Sentyabr 2017, 10:53
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10