“Bələdiyyə Turizminin” əsası necə qoyulmalıdır? - Ekspertdən CAVAB

17 Aprel 2017, 19:42
AAA

Hökməli bələdiyyəsinin sədr müavini

Hüquqşunas, Fərman Salmanlı

 

 

Yerli özünü idarəetmə orqanlarının çəkdikləri maliyyə sıxıntılarının kökündə bələdiyyələrin davamlı maliyyəsinin və iqtisadi əsaslarının tam formalaşmadığı səbəbi durmaqdadır. Təəssüf ki, hələdə əksər bələdiyyələrin büdcə gəlirləri torpaq alqı-satqısı və vergilər əsasında formalaşır və yaxud bir çox bələdiyyə nümayəndələri tərəfindən bələdiyyə orqanlarının inkişafının yalnız torpaq alqı-satqısı əsasında mümkün olacağı düşünülür. Halbuki iri şəhərlərdən, qəsəbə və ucqar kəndlərə qədər ölkənin bütün ərazisini əhatə edən yerli özünü idarəetmə orqanı olan bələdiyyələr iqtisadi inkişaf proqramları və layihələrin həyata keçirilməsi kimi geniş resurs və imkanlara malikdirlər.

Qeyd edim ki, bələdiyyələrin inkişafını təmin edə biləcək iqtisadi imkanlardan biridə milli iqtisadiyyatın əsas sektorlarından olan turizim sektorudur. Son illərin statistik göstəricilərinə görə turizm Azərbaycanda inkişaf edən sektorların ilk sıralarında yer alır. Bələdiyyələrin turizm sektoruna daxil olması turizm sahələrinin dahada inkişafına və rəqabətə davamlı turizm xidmətləri üzrə keyfiyyətin yüksəldilməsi ilə nəticələnə bilər. Bu turizm sahələrinin sırasına sağlamlıq turizmi, qış turizmi, yay turizmi, kənd turizmi, idman turizmi, ekoturizm, ov turizmi, dini turizm, işgüzar turizm, çimərlik turizmi, mədəni turizm və turizmin digər sahələri daxildir. Bələdiyyələrin turizm sektorunda iştirakı ilə mövcud turizm sektorına "bələdiyyə turizmi” adlı yeni bir turizm sahəsini əlavə etmək mümkündür.

Turizm sektorunda bələdiyyələrin iştirakına nail ola bilsək ölkəmizdə turizmin inkişafına və bələdiyyələrin əlavə maddi qazanc əldə etməsinə böyük töhvələr verməklə yanaşı, dünyada ilk dəfə olaraq "Bələdiyyə Turizmi”hərakatını başlataraq yeni bir turizm sahəsinin əsasını qoya bilərik. Bələdiyyə turizmi dünyada analoqu olmayan yeni turizm növü olmaqla yanaşı termin olaraqda yeni ifadədir.

Ölkəmizdə şəhər bələdiyyələri ilə region bələdiyyələrinin fəaliyyəti müqayisə edildikdə şəhər bələdiyyələrinin daha çox inkişaf etdiyinin şahidi oluruq. Bu səbəbdən "Bələdiyyə turizminin” yaradılması bölgə bələdiyyələrimizin inkişafı və eyni zamanda bölgələrdə turizm infrastrukturunun inkişafı deməkdir.

Bələdiyyə turizmi nədir və bələdiyyə turizminin əsasını nələr təşkil etməlidir? Bələdiyyə turizminin əsaslarını yerli özünü idarəetmə orqanlarının turizm sektorunda özlərinə məxsus xüsusi tədbirlərin həyata keçirilməsi və bələdiyyələr tərəfindən regionlara turistlərin cəlb edilməsi təşkil edir. Bunun üçün ilk olaraq aşağıdakı tədbirlər həyata keçirilməlidir:

Hər bir bələdiyyə orqanı tərəfindən ərazisində turizm üçün yararlı resurs və imkanlar müəyyən edilərək siyahıya alınmalıdır. Buraya tarixi abidələr, mədəni irs, meşələr, göllər, çaylar, müalicəvi zonalar və turistlər üçün cəlb edici olan digər turizm obyektləri daxildir.

Bələdiyyələr arasında iki tərəfli və çox tərəfli əməkdaşlıqlar qurulmalı və əlaqələr güclənməlidir. Xüsusən bölgə bələdiyyələri ilə böyük şəhər bələdiyələri arasında əlaqələrin qurulması vacibdir.

Bələdiyyələr tərəfindən digər bələdiyyələrlə birgə və ya təklikdə turizim şirkətləri təsis edilməlidir. Bələdiyyələrin Statusu Haqqında Azərbaycan Respublikasının Qanuna əsasən bələdiyyələr təsərrüfat fəaliyyəti və qanunvericiliklə qadağan edilməmiş başqa fəaliyyətlə məşğul olmaq üçün müstəqil hüquqi şəxslər, mmc-lər və digər müəssisələr təsis etməklə biznes sektoruna daxil ola bilərlər.

Bələdiyyələrin beynəlxalq əlaqələri gücləndirilməlidir. Bələdiyyələrin Statusu haqqında Azərbaycan Respublikasının qanuna əsasən bələdiyyələr və bələdiyyələrin assosiasiyaları müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırmaqla xarici dövlətlərin yerli özünüidarəetmə orqanları ilə əməkdaşlıq haqqında müqavilələr bağlaya və yerli özünüidarəetmə orqanlarının ixtisaslaşdırılmış təşkilatlarına üzv ola bilərlər.

Daha sonra bələdiyyə turizminin qurulması istiqamətində bələdiyyələrin ərazilərindəki müəyyənləşdirilmiş tarixi, mədəni, gəzməli, görməli və səfalı ərazilərinə turistlərin cəlb edilməsi istiqamətində bələdiyyə orqanları aşağıdakı fəaliyyətlərin həyata keçirilməsinə çalışılmalıdır:

Hər-hansı bir bələdiyyə tərəfindən digər bələdiyyələr ilə birlikdə və yaxud təklikdə öz ərazilərində yerləşən tarixi abidələrə, mədəni irs, meşələr, göllər, çaylar, müalicəvi zonalara ödənişli turlar və ekskursiyalar təşkil edilə bilər.

Bələdiyyələr xüsusən böyük şəhər bələdiyyələri tərəfindən digər bələdiyyələrin ərazilərində yerləşən tarixi abidələrə, mədəni irs, meşələr, göllər, çaylar, müalicəvi zonalara ödənişli turlar və ekskursiyalar təşkil edilə bilər.

Bölgələrdə bələdiyyələrin təşkilatçılığı ilə mütamadi olaraq festivallar, konfranslar, təqdimatlar, bayram tədbirləri və insanların diqqətini cəlb edəcək müxtəlif layihələr həyata keçirilməklə bölgələrimizə turistlərin marağının və axınının artmasına nail olmaq mümkündür.

Bələdiyyələrimiz xarici ölkə bələdiyyələri və bələdiyyələrin yaratdığqları beynələxalq təşkilatlarla əlaqələr qurmaqla həmən bələdiyyələrlə turizm sahəsində əməkdaşlıq edərək ölkəmizə xarici turistlər cəlb edilə bilər. Nümunə olaraq Azərbaycan bələdiyyələrinində üzvü olduğu iyirmi səkkiz dövlətin yerləşdiyi geniş coğrafiyanı, bu coğrafiyada yaşayan 100 milyonlarla insanların həyatı və fəaliyyəti ilə əlaqədar sahələri əhatə edən beynəlxalq təşkilat Türk Dünyası Bələdiyyələr Birliyini göstərmək olar.

Bələdiyyələrin mülkiyyətində olan turizm xarakterli təsisatlar qurulmalıdır. Buraya bələdiyyələrin daxili imkanları və yaxud kreditlər hesabına insanların istirahət edə biləcəkləri kiçik və yaxud böyük turizm təsisatları olan iaşə obyektlərinin (çayxanalar, kafelər, restoranlar, kiçik və yaud böyük otellər) qurulması daxildir.

Bələdiyyələr iş adamlarının marağını cəlb edəcək şərtlərlə onlarla birgə öz ərazilərində şərikli turizm təsisatlarının qurulmasına nail ola bilərlər. Məsələn bələdiyyələr öz torpaqlarını heç bir ödəniş olmadan iş adamlarına bu torpaqlarda yaradıla biləcək turizm təsisatlarının şəriki olmaq şərtiylə təqdim edə bilərlər.

Bələdiyyələrlə turizm şirkətləri arasında işgüzar əməkdaşlıqlar qurulmalıdır. Bölgələrə turlar təşkil edən turizim şirkətləri ilə müqavilə bağlamış bələdiyyələr qanunvericiliklə icazə verilmiş qaydada, şirkət tərəfindən gətirilmiş turistlərə müəyyən ödənişlər əsasında öz ərazisində istirahət üçün şərait və nahar kimi xidmətlər göstərə bilərlər.

Bələdiyyə turizminin təşəkkülü təkcə bələdiyyələrin inkişafına müsbət təsir etməsiylə məhdudlaşmayacaq, bələdiyyə turizmi həmdə regionlarımızda yeni turizm mərkəzlərinin yaranmasına, yeni iş yerlərininin açılmasına və sakinlərin məşğulluq səviyyəsinin artmasına əhəmiyyətli təsir göstərəcəkdir. Eyni zamanda bələdiyyə turizmin inkişafı ölkəmizdə turizm strategiyasının uğur qazanmasına, respublikamız üzrə güclü infrastrukturun yaradılmasına, müxtəlif regionların və kəndlərin infrastrukturunun inkişafına səbəb olacaqdır.

 


 


Oxunma sayı : 497

Loading...
SON XƏBƏRLƏR
İlkin Həsəninin toyundan ilk - Fotolar - 25 Aprel 2017, 20:56
Prezident İlham Əliyev bir sıra sahibkarı təltif etdi - SİYAHI - 25 Aprel 2017, 17:58
Facebook-da tanış olduğu qızı blokda zorladı: Şəkillərini çəkdi - 25 Aprel 2017, 17:54
Surət Hüseynovun bıçaqlanan mühafizəçisinin dəhşətli görüntüləri yayıldı - VİDEO +18 - 25 Aprel 2017, 17:46
"Evə qayıdanda yataqda oğlanla tutdum" - 7 aylıq hamilə arvadını öldürən şəxs - 25 Aprel 2017, 17:36
SOCAR Maltada elektrik stansiyası və qaz terminalı açıb - 25 Aprel 2017, 17:28
Əflatun Amaşov “Şöhrət” ordeni ilə təltif edilib - 25 Aprel 2017, 17:25
Artur Rəsizadə maaşları artırdı - 1 manat - 25 Aprel 2017, 17:22
Təhsil Nazirliyi oğurlanıb zorlanan müəllimə sahib çıxmadı - Ailəsindən açıqlama - 25 Aprel 2017, 17:08
"Bizdə insanlar filmə gedib baxmağa ərinirlər" - Günay İbrahimli - 25 Aprel 2017, 16:47
“Etika-Media Məktəbi”-nə start verildi - 25 Aprel 2017, 16:46
“Dəli Samir” ləqəbi ilə tanınan kriminal avtoritetdən xəbər var - 25 Aprel 2017, 16:40
"Azəriqaz" Bakını qazsız qoydu: Əhali əlacsız qalıb - 25 Aprel 2017, 16:33
"Bakı Marafonu 2017"-nin qaçış nömrələri harda verilir? - 25 Aprel 2017, 16:23
"Cənab hakim, bunların çoxu əməkdar dələduzluq ustasıdır..." - Çovdarovun məhkəməsi - 25 Aprel 2017, 16:18
Gənc ana doğuş zamanı öldü - 25 Aprel 2017, 16:09
Ramil Usubov işdən çıxardığı rəisə yüksək vəzifə verdi - 25 Aprel 2017, 16:05
Azərbaycanda xərçəng xəstəliyindən ölənlərin sayı - 25 Aprel 2017, 15:52
İTV-nin yeni baş direktoru məlum oldu - 25 Aprel 2017, 15:47
"Çalışmalıyıq ki, vətəndaşlarımız orqan və toxuma köçürülməsi əməliyyatları üçün xaricə üz tutmasın" - 25 Aprel 2017, 15:40
Bu da Sevdanın uşaqlıq - FOTOSU - 25 Aprel 2017, 15:24
“Barama Hackathon 2017” layihəsinin qalibləri açıqlandı - 25 Aprel 2017, 15:22
"Don Marleone" Masallıda izləyiciləri ilə görüşüb - 25 Aprel 2017, 15:15
Daha bir azərbaycanlı İnterpola verildi - 25 Aprel 2017, 15:13
"Məni zorlamaq istəyirdi" - Gecə vaxtı 19 yaşlı qıza yeraltı keçiddə hücum - 25 Aprel 2017, 15:01
İsmayıl Əsədov rəis vəzifəsindən azad olunub - 25 Aprel 2017, 14:50
Milli Məclisdə siqaret çəkmək qadağan olunub - 25 Aprel 2017, 14:39
"Başqasına verirdilər, mən də onunla qaçdım" - Sevgilisi öldürülən qız qardaşına od püskürdü - 25 Aprel 2017, 14:27
“Əslində bizi və xalqı fırladırlar” - Millət vəkili - 25 Aprel 2017, 14:20
Son 3 ildə 3 dəfə qazdılar, 3 dəfə asfalt çəkdilər - Bakıda milyonların itdiyi yoldan FOTOLAR - 25 Aprel 2017, 14:16
Zahir Əzəmət: "Hamı deyir “pul yoxdur, reklam yoxdur”, amma pul olsa nə dəyişəcək ki?" - MÜSAHİBƏ - 25 Aprel 2017, 14:11
"Ya həbs oluna bilərik, ya da..." - Tahir İmanov - 25 Aprel 2017, 13:58
"Başqasına verirdilər, mən də onunla qaçdım" - Sevgilisi öldürülən qız qardaşına od püskürdü - 25 Aprel 2017, 13:52
Gövhər Həsənzadə: "Bu gün efirə çıxmaq asandır və hər şey maliyyə ilə həll olunur" - MÜSAHİBƏ - 25 Aprel 2017, 13:41
Dollar bahalaşdı - Hərracda - 25 Aprel 2017, 13:40
Rayona göndərilmiş müəllimənin oğurlanıb zorlanması ilə bağlı - Yeni xəbər - 25 Aprel 2017, 13:34
Bakıda gecə vaxtı evləri sökülən sakinlər danışdı - VİDEO - 25 Aprel 2017, 13:11
"Rus istehsalı olan maşınları yol hərəkətindən çıxaraq" - Deputat - 25 Aprel 2017, 13:09
Bakı metrosunda sərnişinləri çaşdıran maraqlı hadisə - VİDEO - 25 Aprel 2017, 13:04
“Hozu” filminə gülənlər... - 25 Aprel 2017, 13:02
Sabah da külək olacaq - 25 Aprel 2017, 12:55
Xızıda əməliyyat keçirilib: narkotik, silah tapıldı - 25 Aprel 2017, 12:53
Əziz Seyidov Ali Məhkəməyə hakim gedir - 25 Aprel 2017, 12:46
Azərbaycanda ilk: Bu filmin qala gecəsinə bilet alıb, gəlmək mümkün olacaq - VİDEO - 25 Aprel 2017, 12:46
"Bu nə paltardı geyinmisən, sənə demişəm "razmer"inə görə geyin" - VİDEO - 25 Aprel 2017, 12:37
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10