10:14 Cümə, 27 Aprel 2018
İDMAN

Benzema: "Bizim qarşımızda, həqiqətən, möhtəşəm qapıçı vardı"

14:42, 13.04.2017402
Benzema:

 

"Real Madrid"in hücumçusu Kərim Benzema Çempionlar Liqasının 1/4 final mərhələsində keçirilən ilk oyunda "Bavariya" üzərindəki qalibiyyəti şərh edib.

Fransalı futbolçu bunları deyib:

"Mən tənqidi sakit qəbul edirəm. O, artıq həyatımın bir hissəsinə çevrilib. Səni kimsə tənqid edirsə, səylə çalışmaq lazımdır. "Bavariya"nın qeyri-dəqiq penaltisindən sonra uğur bizim tərəfimizdə oldu. Rəqib müdafiəçinin meydandan qovulmasından sonra daha çox boş sahə tapdıq. Qələbə çox əhəmiyyətli idi. Daha çox qol vura bilərdik. Amma bizim qarşımızda, həqiqətən, möhtəşəm qapıçı vardı".

///qol.az
0
XƏBƏR LENTİ