xari

Bərdə-Ağdam dəmir yolu xəttinin qurulmasına başlanılıb

SOSİAL
18:08 25.11.2020
303

Ermənistanın işğalı nəticəsində digər sahələrdə olduğu kimi, dəmir yolu infrastrukturuna da ziyan dəyib.

Mövcud dəmir yolu xətləri dağıdılmış, yollar, stansiyalar, ərazidəki hərəkət vasitələri (vaqonlar, lokomotivlər) və digər qurğu və avadanlıqlar tamamilə məhv edilib.

Ermənistanın uzun müddət işğal altında saxladığı əsas dəmir yolu xətlərinin (baş yolların) ümumi uzunluğu 240,4 km olub.

AZXEBER.COM xəbər verir ki, bunu "report"un sorğusuna cavab olaraq "Azərbaycan Dəmir Yolları" QSC-dən bildiriblər.

Məlumatda deyilir ki, bu xətlər Horadiz-Ordubad sahəsində 144 km-dir. O cümlədən 43 km dəmir yolu xətti Ermənistanın Mehri rayonu ərazisindən (Zəngəzurdan) keçir. Yevlax-Xankəndi sahəsində 51 km, Mincivan-Qafan sahəsində 39,1 km, Qazax-Barxudarlı sahəsində 6,3 km təşkil edir.

"Həmin ərazilərdə 23 stansiyamız qalmışdı, o cümlədən 5 stansiya Mehri rayonu ərazisindədir. Bundan əlavə, 85,5 km yan yollar işğalda ikən dağıdılıb.

Prezident, Ali Baş Komandanın rəhbərliyi ilə Müzəffər Ordumuz işğala son qoydu. Digər qurumlar kimi "Azərbaycan Dəmir Yolları”nın müvafiq strukturları da mənfur düşmənin dəmir yollarına vurduğu ziyanı hesablayır. Dəmir yollarının yuxarıda qeyd etdiyimiz sahələrinin bərpa edilməsi üçün müvafiq təkliflər hazırlanır.

O cümlədən ümumi uzunluğu 104 km olan Yevlax-Xankəndi xəttinin Bərdə-Ağdam hissəsinin yenidən qurulması işlərinə başlanılıb. Bərdə-Köçərli sahəsi hazırda işləyir. Digər aidiyyətli qurumlar ərazidəki zəruri işləri tamamlandıqdan, xüsusilə həmin ərazi minalardan təmizləndikdən sonra əsaslı infrastruktur layihələrinə başlanılacaq", - deyə açıqlamada qeyd olunub.

OXŞAR XƏBƏRLƏR