10:58 çərşənbə, 21 Fevral 2018
DÜNYA

"Beş dəqiqəlik həzz üçün uşaq sahibi olmusunuz" - Ana 4 yaşlı uşağını öldürmək istədi

15:38, 07.02.20182502

Türkiyənin Adıyaman vilayətində 4 yaşlı qızını boğmağa çalışan ananın hərəkəti aparıcı Bircan İpeki özündən çıxarıb.

Olayla bağlı süjetdən sonra danışan Ece Erken: "İndi mənim etdiyim qarğışı milyonlarla insanın da etdiyini bilirəm" deyərək, ana olmaq istəyən milyonlarla qadını göstərib.

Ece Erken: "Allah sənə uşaq verib. Allahın bəlası qadın, uşaq susmur deyə boğursan. Çox üzür istəyirəm, amma ümid edirəm həbsxanada başına daha betəri gələr. Sən necə anasan? Allah cəzanı versin sənin" ifadələrini işlədib.

Süjetdə deyilən "Ana və atası istəmədi" ifadəsinə diqqət çəkən Bircan İpek isə: "Sadəcə olmaq istəyi, beş dəqiqəlik həzz üçün uşaq sahibi olduğunuzun fərqinə indi vardım. Ağlayan bir uşağı sakitləşdirməyən bir qadına ana deyilə bilməz. Sən o adamla cütləşmiş bir heyvansan. Sən cütləşmə yaşamış bir heyvansan və təəssüf ki, uşağın olub. Heyvansevərlərdən də üzr istəyirəm. Onlar nə demək istədiyimi anlayırlar" deyib.

///Milli.Az
 

0
XƏBƏR LENTİ