15:34 çərşənbə, 21 Noyabr 2018
FOTOSESSİYA

Beş il sonra Bakı belə olacaq- FOTOLAR

02:05, 30.06.20145421
Beş il sonra Bakı belə olacaq-  FOTOLAR

“Böyük Bakı” layihəsi üzrə görüləcək işlər bir neçə inkişaf mərhələsinə bölünüb.  AZXEBER.COM “AzərTAc”a istinadən xəbər verir ki, bu barədə layihənin əlaqələndiricisi, Bakı Dövlət Layihə İnstitutunun direktoru İlqar İsbatov deyib. İnstitut direktoru bildirib ki, 2014-2015-ci illəri əhatə edən birinci mərhələ çoxmərkəzli inkişafa hazırlıqla bağlıdır. Buraya konkret layihələr üzrə hazırlıqların görülməsi, yerli iqtisadi inkişafın qiymətləndirilməsi qruplarının yaradılması, planlaşdırma işinin daha mütəşəkkil təşkili və s. daxildir. “2015- 2020-ci illərdə isə üstünlük çoxmərkəzli inkişafa veriləcək”, - deyən İ.İsbatovun sözlərinə görə, bu illərdə hüquq və maliyyə yardımı vasitəsilə yerli inkişafın dəstəklənməsi, yerli planlaşdırma ilə əlaqədar olaraq görüləcək işlərin müəyyən olunması, ətraf ərazilərlə nəqliyyat əlaqəsinin tam təmin edilməsi və digər məsələlərin həlli nəzərdə tutulub. Növbəti 2020-2025-ci illər isə çoxmərkəzli inkişafın tam formalaşması və tarazlı inkişafa keçid dövrü olacaq. Belə ki, “Böyük Bakı” layihəsinin inkişafının bu mərhələsində cənub sahilyanı ərazilərdə irimiqyaslı investisiya layihələrinin tamamlanması, Abşeron yarımadasında və cənub sahilyanı ərazilərdə əhalinin mənzil və sosial tələbatlarının ödənilməsi, mərkəzi biznes rayonunun ətrafında iki alt mərkəzin yaradılması və s. planlaşdırılıb. İnstitut direktoru qeyd edib ki, layihəyə əsasən son mərhələdə - 2025-2030-cu illərdə tarazlı inkişafa nail olunacaq. Şimal-qərb, Qərb, Cənub –qərb hissədə müvafiq olaraq iqtisadi, regional və mərkəzi inkişaf vektoru yaradılacaq. Həmçinin “Böyük Bakı” ərazisinin mərkəzində yüksək səviyyəyə malik Mərkəzi Biznes rayonunun (MBR) təşkili nəzərdə tutulub.

XƏBƏR LENTİ