09:30 şənbə, 16 Dekabr 2017
SİYASƏT

Bəşər Əsəd üçün XOŞ XƏBƏR — 7 il prezident olacaq

21:54, 04.12.2017279
Bəşər Əsəd üçün XOŞ XƏBƏR — 7 il prezident olacaq
Suriyanın prezidenti Bəşər Əsəd üçün yaxşı təklif irəli sürülüb.
 
AZXEBER.COM Ölkə.Az-a xəbər verir ki, bu barədə Rusiya mətbuatı yazıb. Yazılanlara görə, "Astana” danışıqları zamanı B.Əsədin xeyrinə sənədlər imzalanıb. Danışıqlarda iştirak edən Suriya hökumət və müxalifət qüvvələri razılığa gəliblər. Razılığa əsasən Suriya prezidenti üçün 7 illik rəhbərlik müddətçi seçilib.
 
Müxalifət Suriyanın gələcək prezidenti üçün yeddi il mandat təklifini qəbul edib. Qəbul edilən yeni qərara görə, B.Əsəd bundan sonra yenidən seçki hüququna malik olmayacaq.
 
"Biz Suriya haqqında ciddi qərarlar qəbul etmişik. Bəşər Əsəd və ondan sonra seçiləcək prezidentlər üçün qəbul edilən yeni vaxt müasir respublika sisteminə tam uyğundur. Bu model Fransa və ABŞ kimi inkişaf etmiş ölkələrdə tətbiq edilir”, - deyə məlumatda bildirilib.
0
XƏBƏR LENTİ