11:22 şənbə, 16 Dekabr 2017
İDMAN

"Beşiktaş" daha bir transferi reallaşdırdı

16:21, 03.08.2017274

 

Beşiktaş” Alvaro Neqredodan sonra daha bir oyunçunu heyətinə cəlb edib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, "ağ-qaralar” "Sanderlend”in yarımmüdafiəçisi Cermeyn Lensi transfer ediblər.

 

Futbolçu ilə çoxdan ortaq məxrəcə gələn Superliqa çempionu, nəhayət ki, onun klubu "Sanderlend”i də razı sala bilib. Ötən mövsümü icarə əsasında "Fənərbaxça”da keçirən Lens "Beşiktaş”a 5 milyon avroya başa gəlib.

 

30 yaşlı hücumameyilli oyunçu yeni komandası ilə 5 illik müqaviləyə qol çəkib. Hollandiya millisinin üzvünün illik məvacibi 2,2 milyon avro təşkil edəcək. Klub bu transferi rəsmən açıqlayıb.

0
XƏBƏR LENTİ