Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi

21 Noyabr 2017, 12:48
AAA
Millət vəkili Bəstəklarlar İttifaqının qonağı oldu
 
AZXEBER.COM xəbər verir ki, Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadəyə dəvət üçün və bu qədər dəyərli bəstəkar, ziyalı ilə görüşün təşkili üçün təşəkkürünü bildirən millət vəkili, siyası elmlər doktoru Q.Paşayeva bildirib ki, dünyanın hər yerinə getdiyimiz zaman ilk öncə fəxrlə danışdığımız mədəniyyətimizdir və musiqimizin inkişafında xidməti olan bütün dəyərli bəstəkarların yanında olmaq, onlara dəstək göstərmək cəmiyyətimizin hər bir üzvünün ilk növbədə vətəşdaşlıq borcudur. Millət vəkili Q.Paşayeva bidirib ki, ölkəmizdə gənclərin əsl musiqiyə meylinin artması çox vacibdir və bölgələrdə musiqi məktələrinin sayı daha da artmalıdır: "Mən iki müəllimin qızıyam. Yaddımdadır hələ ibtidai sinifdə oxuyurdum. Atam məni musiqi məktəbinə piano sinifinə yazdırmışdı. Biz zəngin ailə deyildik və o zaman piano almaq o qədər də asan deyildi və mən uzun illər keçməsinə baxmayaraq atamla anamın qonşu otaqda söhbətlərini heç unutmuram. Anam dedi ki, evimizdə piano almaq üçün pul azdır və əgər piano alsaq evimizdə heç pul qalmayacaq və qarşıdan qış gəlir, isti geyimlıər almaq lazımdır, evdə az da olsa pul olmalıdır. Atam anama dedi ki, köhnə isti paltarlarımızı geyinərək, lazım olsa yeməyə də daha az pul xərcləyərik, amma o piano Qənirə alınacaq və o, mütləq musiqi məktəbinə gedəcək. O piano bu gün də evimin ən əziz əşyasıdır. Çünki onun mənəvi çəkisi maddi çəkisindən min dəfələrlə daha ağırdır.
 
İkinci unutmadığım xatirəm isə odur ki, o zaman piano sinifləri 7 illik idi və diplom almaq üçün 7 il oxumaq lazım idi. Yuxarı siniflərə gəldiyimdə hər gün məşğələlərə gedirdim, o zamanlar tibb universitetinə öz biliyinə ilk il daxil olmaq çox çətin idi. Eyni zamanda musiqi dərslərinə də getməli idim. Bir gün atama dedim ki, əgər məsləhət olarsa musiqi məktəbinə getməyim daha. Çünki mən musiqi təhsilinin davamı üçün konservatoriyaya getməyəcəm və mənə 7 illik musiqi diplomu lazım deyil. Amma musiqi məktəbi, məktəb və bütün günü məşğələlər çox çətindir və əgər musiqi məktəbinə getmsəm, o zamanı da dərslərə ayıra bilərəm. Atamın o zaman mənə söylədiyi sözü heç unutmuram və hər zaman ailələrlə görüşdə söyləyirəm. Atam dedi: "Qızım mən sizi musiqi məktəbinə verəndə musiqiçi olun niyyəti ilə verməmişdim. O, Allahın bir vergisidir və əgər sizdə böyük musiqi istedadı olsa, onsuzda arxasınca gedəcəkdiniz. Amma mən sizi musiqi məktəbinə verəndə istədim ki, ən azı musiqinin nə olduğunu anlayasınız, biləsiniz." Ona görə də musiqi məktəbləri artmalıdır, ailələr uşaqlarının musiqi məktəblərinə daha çox verməlidirlər. Bu həm musiqi mədəniyyətimizin inkişafı üçün böyük istedadların daha çox ortaya çıxması üçün, həm də musiqi zövqümüzün korlanmamasıı üçün lazımdır. Bu gün musiqidən xəbəri olmayan bəzi müğənniləri dinləyən yüzlərlə gənci görəndə çox üzülürəm və doğurdanmı bu gənclər onların oxuduqlarını sevirlər deyə təccüblənməklə yanaşı üzülürəm də... Biz dünya ölkələrinə çıxdığımız zaman Üzeyir bəylə, Qara Qarayev, Fikrət Əmirov, Şəfiqə Axundova və adlarını sadalaya biləcəyim onlarla böyük bəstəkarlarımızla fəxr edirik və bu gələcəkdə də davam etməlidir.
 
Ona görə də Bəstəkarlar İttifaqının fəaliyyəti bu istiqamətdə də önəmlidir və biz hər zaman sizin yanınızdayıq. Firəngiz xanım da bizim qürur duyduğumuz bəstəkarlarımızdandır və bir az əvvə mənə görülən işlərlə bağlı məlumat verəndə, "İpək Yolu” layihəsi barədə danışanda çox məmnun oldum. Millət vəkili, vətəndaş olaraq nədə yanınızda ola biləriksə, bilin ki, hər zaman yanınmızdayıq. Məni Milli Məclisdə Bəstəkarlar İttifaqının təmsilçisi olaraq da görə bilərsiniz. Sizə hər zaman böyük uğurlar arzulayıram”. Millət vəkili Q.Paşayeva bəstəkarları maraqlandıran sualları da cavablandırıb, onlara imzalı kitablarını hədiyyə edib. Millət vəkili Q.Paşayeva həmçinin İttifaqın sədri Firəngiz Əlizadə ilə də geniş görüş keçirib, fikir mübadiləsi olub və bütün gözəl layhələrinizdə yanınızdayıq deyib.

Oxunma sayı : 293

SON XƏBƏRLƏR
Kərə yağı ucuzlaşmaq əvəzinə bahalaşdı - 12 Dekabr 2017, 12:11
Ağdaşda 16 yaşlı qız müəmmalı şəkildə öldü - 12 Dekabr 2017, 11:53
İcra hakimiyyətinin şöbə müdiri qəza törətdi - Ölən var - 12 Dekabr 2017, 11:31
Bakıda şok hadisə: ayıq sürücü avtomobilin açarını qaçırdı - 12 Dekabr 2017, 11:10
Azərbaycanlı aktyor bankdan 27 milyon oğurladı - 12 Dekabr 2017, 10:53
Yeni nazir bütün əməliyyatları dondurdu - Vergilər Nazirliyində durğunluq - 12 Dekabr 2017, 10:50
Qaçqın şəhərciyində yanğın: 5 nəfər tüstüdən zəhərləndi - 12 Dekabr 2017, 10:49
Azərbaycanda bələdiyyə üzvü özünü öldürdü - 12 Dekabr 2017, 10:44
18 yaşlı model biabırçı şəkildə öldü - 12 Dekabr 2017, 10:42
Paytaxtda kütləvi dava: Bıçaqlananlar var - 12 Dekabr 2017, 10:40
Prezident ailəsi ilə Heydər Əliyevin məzarını ziyarət etdi - 12 Dekabr 2017, 10:23
Bu da “Fazilet Hanım ve Kızları”nın aktyorunun sürpriz sevgilisi - FOTOLAR - 12 Dekabr 2017, 01:04
Heydər Əliyevin vəfatından 14 il keçir - 12 Dekabr 2017, 00:50
Yol qəzasında yaralanan hərbçi xəstəxanada ölüb - 11 Dekabr 2017, 22:37
Putin Ərdoğanla danışıqlar üçün Ankaraya gedib - 11 Dekabr 2017, 22:17
“Aysel deyir ki, subay olsaydın sənə...” Zaur - 11 Dekabr 2017, 21:40
Nyu-Yorku qana bulayan terrorçunun - Fotosu - 11 Dekabr 2017, 21:38
Prezident sərəncam verdi - 11 Dekabr 2017, 21:11
“WhatsApp”a bu yeniliklər gələcək - Fotolar - 11 Dekabr 2017, 20:50
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub - 11 Dekabr 2017, 20:29
Röyanın keçmiş biznes ortağı həbs edilib – FOTO - 11 Dekabr 2017, 20:06
Fazil Məmmədovun ailə - FOTOLARI - 11 Dekabr 2017, 17:53
Vergilər Nazirliyi sahibkarlara müraciət etdi - 11 Dekabr 2017, 17:53
"Neftçi" "ASAN məktub" sosial layihəsinə qoşulur - 11 Dekabr 2017, 17:48
UNESCO-nun Forumunda Ermənistanın təxribatçı addımları pislənilib - 11 Dekabr 2017, 17:46
Sərxoş kişi kanala yıxıldı: meyiti tapıldı - Bərdədə - 11 Dekabr 2017, 17:37
Türkiyəyə ərə gedən azərbaycanlı qadın: “Ərim 8 bıçaq vurdu, qaynım yataq təklif elədi...” - 11 Dekabr 2017, 17:26
Salyandakı qətli törədənlər Bakı İstintaq Təcridxanasına köçürüldü - 11 Dekabr 2017, 17:23
Daha bir marşrut xətti nağdsız ödəniş sisteminə keçir - 11 Dekabr 2017, 17:14
YAP rəhbərliyi Heydər Əliyevin məzarını ziyarət edib - 11 Dekabr 2017, 17:13
“Yaşa Bakinski”ni öldürənə 18 il verildi - 11 Dekabr 2017, 17:10
“Baku Bus”ın sürücüsündən sərnişinlərə hörmətsizlik - Dayanacaqda saxlamır (VİDEO) - 11 Dekabr 2017, 16:38
Salyandakı amansız qətlin sirri – FOTO - 11 Dekabr 2017, 16:33
Evlənmək istəyən 11 nəfərdə QİÇS tapıldı - 11 Dekabr 2017, 16:22
Qurban Qurbanovun Azərbaycan milli komandasında debüt oyununun tarixi açıqlanıb - 11 Dekabr 2017, 16:21
“Gelandewagen”lə adam öldürən Əli Həsənovun nəvəsi azadlığa çıxır – Yaxın tarixdə - 11 Dekabr 2017, 15:56
Bakıya köçən moskvalı qız yollardakı vəziyyətdən şoka düşdü - FOTO - 11 Dekabr 2017, 15:43
"Real - "PSJ"yə, "Barsa" - "Çelsi"yə, "Beşiktaş - Bavariya"ya qarşı - PÜŞK ATILDI - 11 Dekabr 2017, 15:22
Fədayə Laçınla bağlı məhkəməyə müraciət ediləcək - 11 Dekabr 2017, 15:16
Ramil Usubov rəisi işdən çıxardı - 11 Dekabr 2017, 15:06
Bu qurumların Dövlət Sosial Müdafiə Fonduna borcu var - 11 Dekabr 2017, 14:59
Gülər Əhmədovanın oğlu nişanlandı – FOTO - 11 Dekabr 2017, 14:25
Tovuzda "Mercedes" hərbçiləri daşıyan maşınla toqquşdu - Yaralı var - 11 Dekabr 2017, 14:23
Tanınmış idman şərhçilərinə vəzifə verildi - 11 Dekabr 2017, 14:04
Məmur sərxoş halda qəza törətdi, vurduğu sürücü öldü - Yaralılar var - 11 Dekabr 2017, 13:58
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10