23:11 çərşənbə, 19 Sentyabr 2018
SOSİAL

Beyləqanda dəhşətli qətlin təfərrüatı - İtkin düşmüş kişi arvadının sifarişi ilə qətlə yetirilibmiş

11:41, 11.09.20184169
Beyləqanda dəhşətli qətlin təfərrüatı - İtkin düşmüş kişi arvadının sifarişi ilə qətlə yetirilibmiş
Beyləqan rayonunda itkin düşmüş kişinin qeyri-rəsmi arvadının sifarişi ilə qətlə yetirildiyi aşkarlanıb.

AZXEBER.COM Report-a istinadən xəbər verir ki, bu ilin iyul ayında itkin düşən 48 yaşlı İldırım Fərhadovun qeyri-rəsmi nikahda olduğu 40 yaşlı Əzizə Sadıqovanın sifarişi ilə Beyləqan rayon sakini 1980-ci il təvəllüdlü Şahsuvar Əsədov tərəfindən tüfənglə qətlə yetirildiyi və basdırıldığı məlum olub.

Ə.Sadıqova və Ş.Əsədov saxlanılıb. Meyit eksqumasiya edilib.

Fakt üzrə araşdırmalar davam etdirilir.
XƏBƏR LENTİ