16:35 çərşənbə, 25 Aprel 2018
İQTİSADİYYAT

"Beynəlxalq Bankın borcunun bölünməsi ölkənin kredit reytinqinə mənfi təsir etməyəcək"

13:59, 30.06.2017609
Azərbaycan Beynəlxalq Bankının (ABB) öhdəliklərinin restrukturizasiya proqramının qəbulundan sonra xarici kreditorların xeyrinə 2,4 mlrd. dollar dəyərində orta və uzunmüddətli dövlət istiqrazları buraxılacaq.
 
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında "Azərbaycan Respublikasının 2017-ci il dövlət büdcəsi haqqında" qanununda dəyişikliklər edilməsi barədə" qanun layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.
 
"Azərbaycan Beynəlxalq Bankının öhdəlikləri ilə bağlı dövlətin xarici borcu artsa da, bu, ölkəmizin kredit reytinqinə mənfi təsir etməyəcək", - deyə nazir bildirib.
 
S.Şərifov əlavə edib ki, ABB-nin öhdəliklərinin restrukturizasiya proqramı gələcəkdə bankın özəlləşdirilməsinə də mühüm töhfə verəcək.
 
///APA
0
XƏBƏR LENTİ