09:35 Bazar Günü, 25 Avqust 2019
SOSİAL

Bibisini zorlayıb öldürən şəxs həbsxanada özünü asdı

13:06, 22.04.20198660
Bibisini zorlayıb öldürən şəxs həbsxanada özünü asdı
Rusiyada adam öldürdüyünə görə həbsdə yatmış 45 yaşlı Mişi Migirov özünə qəsd edib. 

O, saxlanıldığı Şüvəlandakı istintaq təcridxanasında özünü asıb. Onu ağır vəziyyətdə Penitensiar Xidmətin müalicə müəssisəsinə çatdırıblar.

M.Migirov ahıl bibisini qəbiristanlıqda, iki ay əvvəl dünyasını dəyişən doğma qardaşının məzarı önündə zorlamaqda və onu döyərək öldürməkdə ittiham olunur. Dəhşətli və dəhşətli olduğu qədər də utancverici hadisə ötən il aprelin 17-də Quba rayonunun Qırmızı Sloboda qəsəbəsində baş verib. Bakı Ağır Cinayətlər Məhkəməsində zorlamada və qətldə təqsirləndirilən Quba rayonu, Qırmızı Sloboda qəsəbə sakini Mişi Migirovun cinayət işi üzrə məhkəmə davam edir. M.Migirov məhkəmədə bibisini qətlə yetirmədiyini deyib. 

Hadisəyə Penitensiar Xidmət hələlik münasibət bildirməyib.

Criminal.az
XƏBƏR LENTİ