23:55 Cümə Axşamı, 18 Yanvar 2018
SOSİAL

Biləsuvarda elektrik cərəyanı 25 yaşlı qadını vuraraq öldürüb

09:47, 15.11.2017222
Biləsuvarda elektrik cərəyanı 25 yaşlı qadını vuraraq öldürüb
Biləsuvar rayonunda elektrik cərəyanı 25 yaşlı qadının həyatına son qoyub.
 
AZXEBER.COM Report-a istinadən xəbər verir ki, hadisə axşam saatlarında rayonun Ağayrı kəndində qeydə alınıb.
 
Belə ki, kənd sakini, 25 yaşlı Salatın Eynulla qızı Mirişova elektrik cərəyanı vurması nəticəsində ölüb. Onun meyiti müayinə olunmaq üçün Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Biləsuvar Rayon Şöbəsinə gətirilib.
 
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.
0
XƏBƏR LENTİ