23:31 Cümə Axşamı, 18 Iyul 2019
İDMAN

Bilyardın “Pool-8” istiqaməti üzrə ölkə çempionatı keçirilib

16:15, 26.06.20195898
Bilyardın “Pool-8” istiqaməti üzrə ölkə çempionatı keçirilib
22-24 iyun 2019-cu il tarixlerinde Gənclər və İdman  Nazirliyinin dəstəyi ilə, Azərbaycan Bilyard İdman Federasiyası tərəfindən, bilyard idman növünün "Pool-8" istiqaməti üzrə ilk  Ölkə Çempionatı (kişilər, qadınlar) keçirilib.
 
AZXEBER.COM xəbər verir ki, 3 gün davam edən gərgin görüşlərin nəticəsində qaliblər məlum olub. Kişilər arasında Ölkə çempionu Əjdər Nəsirov olub. 2-ci yeri Faiq Ağayev tutub. Nəhayət 3-cü və 4-cü yerləri Ziya Ağayev və Elnur Nuriyev bölüşüb. Qadınlar arasında Ölkə çempionu Mina Nəsirova olub, 2-ci yeri Ləman İsmayılova tutub. 

Qaliblər, Gənclər və İdman Nazirliyi tərəfindən diplomlar, Azərbaycan Bilyard İdman Federasiyası tərəfindən kuboklar, medallar və giymətli hədiyyələrlə mükafatlandırılıb.

 

 


XƏBƏR LENTİ