Binəqədi rayonunda “Gənclik Günü” layihəsi həyata keçirilib - FOTOLAR

Binəqədi rayonunda “Gənclik Günü” layihəsi həyata keçirilib - FOTOLAR
SOSİAL
12:20 20.08.2019
7362
Binəqədi Rayon İcra Hakimiyyəti, Binəqədi rayon Gənclər və İdman İdarəsi, "Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin təşkilatçılığı, Azərbaycan Respublikasının Gənclər Fondu və UNICEF-in Azərbaycan nümayəndəliyinin tərəfdaşlığı ilə 16 avqust 2019-cu il tarixində Binəqədi Gənclər Evində "Beynəlxalq Gənclər Günü”nə həsr olunmuş "Gənclik Günü” layihəsi həyata keçirilib.

AZXEBER.COM xəbər verir ki, layihəyə təcrübəli mütəxəssis Kənan Məmmədovun yoqa sessiyası ilə start verilmişdir. Sonra Binəqədi Gənclər Evinin akt zalında yeniyetmə və gənclər arasında "Dama” və "Şahmat” turnirləri keçirilmişdir. Hər iki turnirə Xalidə Həsənova və Ramil İmanov hakimlik edib.

"Dama” turnirinin nəticəsinə görə I yeri Cəfərli Cavad, II yeri Məmmədov Məhəmməd, III yeri Həsənli Daşqın tutub.

"Şahmat” turnirinin nəticəsinə görə I yeri Məmmədova Nuray, II yeri Vəliyev Amal, III yeri Həsənova Zeynəb tutub.

Binəqədi Gənclər Evinin gənclər klubunda keçirilən "Xəmsə” Milli İntellektual Oyununda I yeri Səyyar Qurbanov, II yeri Elvin Əliyev, III yeri Yusif Ağayev tutub.

Layihə çərçivəsində baş tutan futbol turnirində isə I yeri "AFFA, II yeri "Bilbao”, III yeri isə "Marşal” komandaları tutub.

Oyunlar yekunlaşdıqdan sonra qaliblərin mükafatlandırılması mərasimi keçirilmişdir. Mükafatlandırılma mərasimində Binəqədi rayon Gənclər və İdman İdarəsinin rəisi Rauf Həsənov, "Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsinin direktoru Ələkbər Mustafayev, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Şəmsi Gülverdiyev, UNICEF-in Azərbaycan nümayəndəliyinin ofisinin gənclərlə iş şöbəsinin əməkdaşı Mina Hüseynova iştirak edərək qalibləri təbrik etmiş, yeniyetmə və gənclərin yaradıcılıq fəaliyyətinin dəstəklənməsi və asudə vaxtının səmərəli təşkili məqsədilə görülən işlər haqqında məlumat verilib.

"Gənclik Günü” layihəsi musiqili əyləncəli proqramla davam etdirilib.

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR