21:45 şənbə, 21 Sentyabr 2019
SOSİAL

Binəqədidə pulsuz ağac paylandı, sakinlər arasında dava düşdü - VİDEO

14:30, 02.04.20195683
Binəqədidə pulsuz ağac paylandı, sakinlər arasında dava düşdü - VİDEO
Bu gün Bakının Nəsimi, Binəqədi və Yasamal rayonlarında vətəndaşlara pulsuz tinglər paylanıb.
 
AZXEBER.COM xəbər verir ki, Binəqədi rayonunda Zərifə Əliyeva parkının qarşısında baş tutan mərasimdə qalmaqallı anlar yaşanıb.
Belə ki, vətəndaşlar ting üstündə yarışıblar. Bəziləri daha çox ting götürmək üçün növbəni pozub, bu da digər sakinlərin narazılığına səbəb olub. 

Qeyd edək ki, aksiyalarda vətəndaşlara müxtəlif cinsli ağac tinglərinin əkilməsi və qulluq göstərilməsi qaydalarına dair nazirliyin mütəxəssisləri tərəfindən tövsiyələr verilib. Lakin sakinlər nazirlik nümayəndəsini dinləməkdənsə, daha çox ting götürməyə meylli olub.
 
Hadisə şahidlərinin AZXEBER.COM üçün çəkdiyi videonu təqdim edirik:

XƏBƏR LENTİ