15:21 şənbə, 21 Sentyabr 2019
SOSİAL

Binəqədidə “Rayonumuzu Təmiz Saxlayaq” adlı tədbir keçirilib

10:14, 20.05.20191985
Binəqədidə “Rayonumuzu Təmiz Saxlayaq” adlı tədbir keçirilib

Binəqədi Rayonu İcra Hakimiyyəti başçısının müvafiq saylı Sərəncamı ilə təsdiq edilmiş "Rayonumuzu Təmiz Saxlayaq” layihəsi çərçivəsində Binəqədi Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə 306 nömrəli tam orta məktəbdə tədbir keçirilib. 

AZXEBER.COM xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, baş məsləhətçisi Elnur Məmmədov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Namil Məmmədov, məktəbin kollektivi, şagirdlər və valideynlər iştirak edib. İlk olaraq qonaqla məktəbin şagirdlərinin əl işlərindən ibarət rəsm əsərləri və "Tullantıdan sənətə” sərgisi ilə tanış olublar. 

Çıxış edən 306 nömrəli tam orta məktəbin direktoru Gültəkin Ədilova, Nicat Allahverdiyev, Namil Məmmədov Binəqədi rayonunda məişət tullantılarının idarə edilməsi probleminin həllinə yüksək diqqət göstərildiyi və bu işin ənənəyə çevrilməsi, ölkəmizdə ekoloji mühitin yaxşılaşdırılması üçün çoxşaxəli tədbirlər həyata keçirilirdiyini bildiriblər.

Onlar ölkəmizdə ekologiyanın qorunması ilə bağlı həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyası ekoloji problemlərin operativ həll edilməsinə, ətraf mühitin mühafizəsi istiqamətində ardıcıl və səmərəli tədbirlərin görülməsinə əlverişli şərait yaratdığını bildiriblər.

Sonda şagirdlərin ifasında şerlər, mahnılar və səhnəciklər nümayiş olunub.

 



XƏBƏR LENTİ