19:30 Cümə Axşamı, 21 Fevral 2019
SOSİAL

"Bir-birini təkrarlayan ali təhsil ocaqları da, nazirliklər də birləşdirilməlidir" - Deputat

11:27, 15.01.20193301
"Ölkə prezidenti tərəfindən bir neçə qurumun ləğv edilməsini ciddi islahatlara doğru atılan praktik addım kimi qəbul edirəm”.

AZXEBER.COM xəbər verir ki, millət vəkili Fazil Mustafa prezident İlham Əliyevin bir neçə dövlət qurumunun ləğvi ilə bağlı sərəncamlarını şərh edərkən bunları deyib:

"Bu qurumların ləğvini təəssüflə qarşılayanları başa düşür və indiki zamanda iş yerini itirməyi, sabit maaşdan məhrum olmağı heç kim istəməz. Ancaq onu da qəbul etməliyik ki, dövlət büdcəsinin xərclər yükünü bacardıqca yüngülləşdirmək lazımdır. Bir-birini təkrarlayan ali təhsil ocaqları da, dövlət komitələri və nazirliklər də birləşdirilməli, struktur vahidləri azaldılmalıdır. Əvəzində isə özəl sektor üzərindən bütün maneələr birmənalı şəkildə götürülməlidir. Çünki işsizlər ordusunun sayının artımına imkan verməmək üçün özəl sektorun fəaliyyətini hərtərəfli stimullaşdırmaq lazımdır”.
 
Daha sonra millət vəkili indi vergi və gömrük sistemində dəyişikliklər buna ümid yaradır, ancaq bütövlükdə müxtəlif dövlət qurumlarının sahibkarlara qanunsuz bac-xərac mənbəyi kimi baxma ənənəsi yığışdırılmalıdır deyə sözlərinə əlavə edib:

"Bunu isə yalnız məhkəmələrin real müstəqilliyi ilə təmin etmək mümkündür. Digər tərəfdən icra hakimiyyətlərinin təsərrüfat səlahiyyətlərini bələdiyyə qurumlarına dövr etmək məqsədəuyğun olardı. Bütün hallarda yeni il islahatlar baxımından maraqlı başlayır, insanlarımızın rifahın yaxşılaşdırılmasına yönələn islahatlar ölkədə ümidverici aura yaradır”.

XƏBƏR LENTİ