05:27 Bazar Ertəsi, 19 Noyabr 2018
SOSİAL

Bir ev uçdu, hasar dağılaraq yola töküldü - Bayıldakı sürüşmənin GÖRÜNTÜLƏRİ - VİDEO

16:48, 17.10.20182324
Bir ev uçdu, hasar dağılaraq yola töküldü - Bayıldakı sürüşmənin GÖRÜNTÜLƏRİ - VİDEO
Bayılda daha bir ev dağıldı.

AZXEBER.COM ARB TV-yə istinadən xəbər verir ki, Bayıl qəsəbəsinin Amfiteatr ərazisində Buxta küçəsində yenidən uçqun sürüşmə hadisəsi baş verib. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən verilən məlumata görə, nəticədə 9 nömrəli ev tamamilə dağılıb, bir neçə evin divarlarında çatlar əmələ gəlib.

Bundan başqa Bibiheybət istiqamətində avtomobil yolunun kənarında qoruyucu divar dağılaraq asfalta tökülüb. Bu prosesin sürüşmə ilə bağlı olub-olmadığı hələlik bildirilmir. Nazirliyin qərərgahından verilən məlumatda bildirilir ki, Badamdar sürüşmə zonasında hadisə ilə əlaqədar uçqunların davam edəcəyi gözlənilir.
 

XƏBƏR LENTİ