17:44 çərşənbə, 12 Dekabr 2018
KÖŞƏ

Bir yuxu kimi və Azərbaycan roku... – KÖŞƏ

21:18, 13.02.20123411
Bir yuxu kimi və Azərbaycan roku... – KÖŞƏ

Elşən Gəncəvi

Bu dəfə yuxum “Charley ATL” rok qrupunu dinləməklə oyandı.

“Charley ATL” qrupu 1987-ci ildə Bakı şəhərində yaranıb.

Bu qrup Azərbaycanın ilk yaradılan rok qrupudur.Qrupun tar aləti ilə birlikdə ifa etməsi daha maraqlıdır. Bu Azərbaycan musiqisində yenilik oldu. “Youtube.com” vasitəsi ilə qrupun “Körpə” və “Onlar getdilər” mahnıları dinlədim və sadəcə yuxum virtuallaşdı.Fərqliliyin qəhrəmanı...Azərbaycanda ilk fərqli musiqi ifa edən rəhmətlik Çingiz Mustafayev oldu. Onun geyim tərzi və xarici görünüşü hər bir gənc üçün videolardan tanışdı. Cins şalvar geyinməsi və saçını uzun saxlaması onun rok musiqi tərzinin ifadəsi olub. Həmçinin onun gitarası...Milli qəhrəmanımız həm də gənclik üçün fərqliliyin qəhrəmanıdır.1987-ci ilin Yuxu’su...1987-ci ildə Sumqayıtda daha bir rok qrupu yaranmışdı. “Yuxu” qrupu insanların yuxusuna çevrildi. Amma qrup yuxu kimi olmamaq üçün çox çalışdı. 1989-cı ildə “Qızıl payız” festivalında qalib oldu. Amma həqiqət yuxu kimi xatırlandı.Festival qalibi olmaq “Yuxu”nun son uğuru idi. Qrup 2001-ci ilə qədər fəaliyyət göstərdi. Fəaliyyətinin çox hissəsini Türkiyədə davam etdirdi. Qrupun üç albomu isə Türkiyədə işıqlandı. “Yuxu” qrupu “Bayatı şiraz” və “Papaq” milli musiqiləri üçün rok ifa etməklə Azərbaycan musiqisində daha bir yenilik etdi.Azərbaycan gəncləri isə qrupun mahnılarını bu gündə sosial şəbəkələrdə paylaşır. Yuxu davam edir...Soyuq Dünya...1992-ci ildə “ColDünya” rok qrupu yaradılaraq Qərbdən ingilis və Şərqdən Azərbaycan musiqi mədəniyyətini birləşdirdi. Qrup hətta Azərbaycan muğamını rok musiqisi ilə “sintez” edərək Qərb dünyasına daha bir yeni “rok stili” bəxş etdi.“ColDünya” rok qrupu uzun müddət səssizlik içində idi. 2003-cü il, Alim Qasımovla birlikdə qrup “Oyanış” albomu işıqlandıraraq doğrudan da gəncləri yuxudan oyatdı. Hazırda qrupun üzvü Teymur Nadir fərdi olaraq soyuq dünyaya sahiblənib.O tayda Təbriz Zeytun’u...1998-ci il, Təbriz şəhəri, Cənubi Azərbaycanda ilk dəfə Azərbaycan roku üçün “Zeytoon” rok qrupu yaradıldı. 2000-ci ilə qədər fəaliyyət göstərdiyi zaman, “İran” adlanan yerin “qanun”ları qrupa bəzi qadağalar qoyaraq dağıtmaq fikrindən əl çəkmirdi.Sonra qrupun “hard-rock” ifa etməyinə “İran” adlanan yer qadağan etdi. Qrup 2007-ci ilə qədər yenidən fəaliyyətini davam etdirdi. 2005-ci illər üçün Azərbaycan qrupu xalq mahnılarından olan “Laçın”, “Apardı sellər Saranı”, “Sarı gəlin” üçün rok ifa etməsi ilə qrupa qarşı təhlükəni gücləndirdi. 2007-ci ildə qrupun yenidən fəaliyyətinə molla rejimi tərəfindən qadağan edildi. Nə isə...Bu tayda isə...“Unformal” rok qrupu 2001-ci ildə yarandı. Qrupun vokal və bas gitara ifaçıları qadın idilər. 2007-ci ildə qrup “Sonsuz yol” mahnısı üçün klip çəkdirərək Azərbaycan TV-lərində tanındı. Hətta Ukraynanın musiqi kanalı olan M1-də sevilən musiqi olmuşdur. Son uğurları isə Eurovision-2008 musabiqəsi üçün keçirilən müsabiqənin final iştirakçısı olmasıdır. Müsabiqədə qrup ikinci yeri tutdu. Amma uğurlardan yenə də yuxu kimi danışılır.“Ferrum” rok qrupu “hard-rock” ifa edərək Azərbaycan rokunda gənclərin yeni bir sevimlisi oldu. “Ferrum” qrupu digər qrupların ifasından fəri isə bəzi mahnılarında vulqarizmdən istifadə etməsi idi.Sirr’li yuxu və qəzəl...2004-cü ildə Sumqayıt şəhəri “Sirr” rok qrupunu yaratdı. “Sirr” qrupu “Yuxu” qrupundan fərqli olaraq “ağır rok” ifa edirdi. Qrupun maraqlı özəlliyi vətənpərvər haqqında mahnılar ifa etməsi idi. Qrupun mahnılarının sözləri milliliyi əks etdirir. “Sirr” də yuxu olaraq qaldı.2007-ci ildə “Ozan” rok qrupu yarandığı zaman rokun bir anlıq yuxudan oyandığımı düşündüm. “Ozan” qrupu Tiflisdə keçirilən rok musiqi festivalında ifa etdiyi “Qubanın ağ alması” və “Sarı gəlin” milli mahnıların rok versiyası indiyə qədər yadımdadır. Amma mənim üçün qrupun ömrü yuxu kimi davam edir.“Qara Dərviş” rok qrupu Azərbaycan rokunda operadan istifadə edərək yenilik etdi. Bundan başqa “metal-rok” və “dərviş-rok” ifalarında mahnılar yaradır. Ən uğurlu ifa isə Nəsiminin “Sığmazam” və “İstəmə” qəzəllərini rok janrında ifa etməsidir.Sonda:Azərbaycan rok musiqi tarixinə qısa səyahətim bitdi. Bu musiqi növü bizə yad deyil və insanlar birmənalı qarşılamır. Adlarını çəkmədiyim çoxlu qruplar və rokerlər var. Mədəniyyətin “şeytan” növü bizdə çoxdan inkişaf edib, amma davamlı olmayıb. Bir yuxu kimi olub. Rok etiraz musiqisidir. Roka etiraz etməyək, onun etirazına sahiblənək.

XƏBƏR LENTİ