12:27 Cümə, 15 Dekabr 2017
SİYASƏT

"Birinci xanım özüməm" - prezidentin keçmiş arvadı

10:15, 10.10.20171047
ABŞ prezidenti Donald Trampın keçmiş həyat yoldaşı, 68 yaşlı iş qadını və eks-fotomodel İvana Tramp açıqlamaları ilə gündəm olub.
 
Xarici mediayası  xəbər verir ki, Ağ Ev rəhbərinin uşaqlarının anası Melaniya Trampı birinci xanım hesab etmədiyini deyib:
 
"Ağ Evə köçəndən Donalda zəng etmək istəmirəm. Çünki onun yanında Melaniya var. Özümü qısqanırmışam kimi göstərmək istəmirəm. Mən Trampın ilk arvadıyam, elə deyil? Yəni, birinci xanımam. Düşünürəm ki, melaniya üçün Vaşinqtonda yaşamaq dözülməz dərəcədə pisdir. Mən də Vaşinqtonda yaşamağa nifrət edirəm. Azadlığı daha çox sevirəm”. İvana Donald Trampın necə ata olmasından da danışıb:
 
"Biz Donaldla boşananda uşaqlar üzərində bütün səlahiyyətlər məndə idi. Biz evli qalsaq da, uşaqları özüm tərbiyə edəcəkdim. Səhər saat 6-dan Donald işində olurdu. Hərdən uşaqları ofisə yanına gətirirdim. Ancaq o, telefonla danışmaqdan onlarla oynamağa vaxt tapmırdı. Donald yalnız uşaqlar böyüyüb universittə daxil olandan və dolayısıla biznesdən danışa biləndən sonra uşaqlarıyla ünsiyyət qurmağa başlayıb”.
 



0
XƏBƏR LENTİ