10:20 çərşənbə Axşamı, 23 Oktyabr 2018
İDMAN

"Birinci yer bizim üçün çox vacibdi" - Elxan Məmmədov

15:39, 12.10.20181800

"Bu qələbə komandanı yenidən oyuna, ilk pillə üçün mübarizəyə qaytardı. Bu, çox vacib idi. Əsas odu ki, 1:0 öndə olarkən komanda müdafiə olunmaq əvəzinə irəli getdi və daha 2 qol vurduq. Bu da vacib məqam idi. Ümid edirəm ki, növbəti matçda da millimiz gözəl oyunla qələbə qazanacaq”. Matç.az xəbər verir ki, bunu  AFFA-nın baş katibi Elxan Məmmədov UEFA Millətlər Liqasının III tur matçında Farer adaları – Azərbaycan matçından (0:3) sonra  keçirilən brifinqdə deyib. Daha sonra o, jurnalistlərin suallarını cavablandırıb.

- Yığmanın Millətlər Liqasında mükafatı necə müəyyənləşib? Hər oyun üçün ayrıca məbləğ təyin olunub, yoxsa qrupdan çıxmaq üçün ümumi mükafat nəzərdə tutulub?
- Təbii ki, biz baş məşqçi ilə məsləhətləşirik, onun tövsiyələrini nəzərə alaraq mükafat təyin edirik. Əlbəttə, birinci yer bizim üçün çox vacibdi, məqsədimiz bu yeri əldə etməkdi. Amma baş məşqçi komandanın psixoloji vəziyyətini daha yaxşı bilir və hansı anda nə etmək lazım olduğuna o qərar verir. Komandamız da Millətlər Liqasını fürsət kimi görür və ilk növbədə birinci yeri tutmaq istəyir.

- Hava durumu ilə əlaqədar olaraq oyunun təxirə düşmə ehtimalı rəsmilər arasında müzakirə olundumu?
- Biz də izləyirdik və UEFA nümayəndəsi ilə əlaqə saxlayırdıq. Oyuna 2 saat, 1 saat və 45 dəqiqə qalmış hakimlərlə əlaqə saxladıq, özümüz də stadionda gördük ki, hava açılır və matçın oynanmasına qərar verildi. (qol.az)

XƏBƏR LENTİ