09:36 Bazar Ertəsi, 09 Dekabr 2019
SİYASƏT

Bitərəf millət vəkillərindən biri - YAP-ın təşəbbüsünə etiraz edib

18:07, 01.12.20194219
Bitərəf millət vəkillərindən biri - YAP-ın təşəbbüsünə etiraz edib
Müstəqil (bitərəf) millət vəkillərindən biri növbədənkənar parlament seçkilərinin keçirilməsi ilə bağlı öz kəskin etirazını bildirib və bununla bağlı bitərəflərin müraciətinə imza atmaqdan imtina edib.

AZXEBER.COM-un məlumatına görə, bunu Etikxeber.az-a Milli Məclisdəki (MM) adının çəkilməsini istəməyən mənbə bildirib.

Mənbənin bildirdiyinə görə, həmin millət vəkili ayın 29-da MM-də bitərəflərin (müstəqillərin) yığıncağında növbədənkənar seçkilərə etirazını dilə gətirib.

"O,  yığıncaqda seçkilərə hansı səbəbdən, hansı zərurətdən gedilməsi ilə maraqlanıb və yeni seçkilərlə bağlı hakim Yeni Azərbaycan Partiyasının (YAP) gətirdiyi arqumentin heç də əsaslı olmadığını bildirib. Eyni zamanda, bitərəf deputatların müraciətinə imza atmaqdan imtina edib”-deyən məlumatlı mənbənin bildirdiyinə görə, dünən (noyabrın 30-da)  bitərəf millət vəkilləri həm də parlamentə dəvət olunaraq, müraciətə imza atıblar.

Mənbə həmin millət vəkilinin adını çəkməs də, onun uzun illər müxalifət partiyalarında birində təmsil olunduğu və sonradan həmin partiyadan gedərək, müstəqil fəaliyyət göstərdiyini bildirib.
XƏBƏR LENTİ