16:27 Cümə Axşamı, 15 Noyabr 2018
SİYASƏT

"Bu hadisələr törədilən vaxt doğulanların hazırda 25-30 yaşı var" - Oruc Zalov

13:48, 01.11.20182517
 "Təəsüflər olsun ki, Azərbaycan xalqının humanist hisslərindən, qonaqpərvərliyindən istifadə edərək torpaqlarımızın ayrı-ayrı yerlərində məskunlaşmış erməni vandalları sonradan birbaşa həmin torpaqlara yiyələnmək üçün əllərindən gələn ən böyük pislikləri ilk növbədə Azərbaycan xalqına qarşı törədiblər”.

AZXEBER.COM xəbər verir ki, bunu Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyətinin 25 illiyinə həsr olunmuş iclasda daxili işlər nazirinin müavini, Dövlət Komissiyasının üzvü Oruc Zalov deyib.

O qeyd edib ki, bu hadisələr daha da azğın xarakter alıb, keçmiş Ermənistan rəhbərliyi SSRİ rəhbərliyinin bu hadisələrə mülayim münasibətini hiss edərək torpaqlarımızda yaradılmış Ermənistan ərazisindən yüz minlərlə soydaşımız köçürülüb, onlara soyqırım olunub, mal və mülklərinə qəsd edib: "Bu hadisələr törədilən vaxt doğulanların hazırda 25-30 yaşı var. Biz arxivdə olan məlumatları onlara çatdrmalıyıq. Daxili İşlər Nazirliyi Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasına bu istiqamətdə bütün mümkün köməkliyi göstərməyə hazırdır”.
XƏBƏR LENTİ