21:10 Cümə, 19 Iyul 2019
İDMAN

“Biz bakılılarda sevib - evlənmək anlayışı yoxdur” (MÜSAHİBƏ)

12:41, 19.12.20112317
“Biz bakılılarda sevib - evlənmək anlayışı yoxdur” (MÜSAHİBƏ)
Azərbaycan yığmasının və “Xəzər Lənkəran” klubunun sabiq hücumçusu Zaur Ramazanov apasport.az saytına müsahibə verib. Sabiq “10 nömrə” bu dəfə futboldan deyil, şəxsi həyatından danışıb.- Söhbətə lap əvvəldən başlayaq. Uşaqlıq illərindən nə kimi xatirələriniz qalıb. Ümumiyyətlə, bu illər sizə nə bəxş edib? - Adi uşaq olmamışam. Mənim topdan başqa heç nəyə marağım olmurdu. Səhər yuxudan duran kimi yüngülvari yemək yeyib, münasib bir yerdə topla oynayırdım. Əlbəttə, qardaşlarımın nəzarəti üzərimdə idi. Onlar da futbola maraq göstərirdilər. Ümumiyyətlə, hamı məni futbolçu kimi tanıyırdı. Uşaqlar səhər saat 8 olmamış qapının ağzını kəsdirirdilər. Elə olurdu ki, nahar etmək üçün heç evə gəlmirdim.- Bəs valideynləriniz narahat olmurdular? Harada olduğunu da soruşmurdular? - Mən bakılıyam. Həyət evlərində qalırdıq. Məhəllədə hamı bir-birini tanıyırdı. Bu səbəbdən evdə ciddi narahatlıq yox idi. - Meydanda həmişə çılğın olmağınızla diqqət mərkəzində olmusuz. Amma deyəsən, həyatda başqa cür olub... - Futbolda necə olmuşamsa, həyatda da eləyəm. Həyatımı kiməsə görə yox, özüm üçün yaşamışam. Kiminsə xatirinə həyatımı dəyişə bilmərəm. Həyata bir dəfə gəlmişəm, bir dəfə yaşayacağam. Futbolda olduğu kimi, həyatda ikinci dövrə yoxdur. - Bu xasiyyət sizə xeyir, yoxsa ziyan gətirib? - Kənardakıların barəmdə nə düşündüyünü deyə bilmərəm. Mənə belə olmaq xoşdur. - Uşaqlıqdan futbola bu qədər bağlı olan Zaur yəqin dərslərə maraq göstərməyib... - Oxuyan olmamışam. Dərslərə getmişəm, məşğul olmuşam, amma futbol imkan verməyib ki, dərslərimi hazırlayım. Evimizdə bu yolu tutan yalnız mən olmuşam. Başqaları hamı oxuyub.- Bəs qiymətlə, sinifdən-sinifə keçməklə bağlı problemlə rastlaşmamısınız? - Deyim ki, məktəbin yolunu tanımamışam, yalan olar. “Nizami” metrosunun yaxınlığında yerləşən 18 nömrəli məktəbdə təhsil almışam. Məktəbin direktoru indiyədək mənə deyir ki, gəl, uşaqlar üçün bir tədbir keçir. İdmançı olmağın sirlərini onlara anlat. Vaxt tapıb gedə bilmirəm. Bunun da bir zamanı var, yoluna qoyacağıq. Mən məktəbə gedəndə hamı sevinirdi. Məktəblərarası çempionatda komandaya təkbaşına o qədər qələbələr qazandırırdım ki. Bütün bunları nəzərə alan müəllimlər hörmətimi saxlayırdı.- Sizdə, ailə hansı meyarlar üzərində qurulub? - Əsas mehriban olmaqdır. Valideynlərimiz bunu həmişə bizə aşılayırdılar. Düzü, bizdə olan mehribançılığı ifadə etməyə söz yoxdur. Kənardan olan şəxs bunu təsəvvür edə bilməz. İllər keçsə də, heç nə dəyişməyib. Bacılarım, qardaşlarım hər gün səhər anamgildə toplanırıq. Düzdür, bəzən bu yığıncaqda bir neçəsi iştirak edə bilmir. Şəxsən mən özüm gündə 3 dəfə anamgilə gedirəm. Ata yurdumuz heç vaxt boş qalmır. Ailənin xeyir-bərəkəti məhz bu yurddadır.- Adətən valideynə bağlı insanlar evlənəndə də, evdəkilərin fikrini əsas götürürlər. Siz bu işi necə həyata keçirmisiniz? - (gülür). Bu qədər dərinə gedəcəyimizi bilmirdim. Madam ki, gəlmişik, deyim. Qardaş, biz bakılılarda sevib-evlənmək anlayışı yoxdur. Evdən nə məsləhət gördülərsə, odur. - Ailədə yolunuzu davam etdirən varmı? - Allah hamıya qismət etsin, 2 qızım var. Mən qızlarımı Azərbaycana xeyir verəcək şəkildə tərbiyə etmək istəyirəm.- Həyatda özünə ən yaxın hiss etdiyin şəxs futboldadır, yoxsa kənarda? - Elə insanam ki, hər kəslə münasibət qurmağı xoşlayıram. Mənim hər yerdə dostlarım var. Həm futbol sahəsində, həm də futboldan kənarda.- Tutaq ki, gecənin bir aləmində təcili bir işiniz çıxıb. Öncə kimin qapısına gedərsiniz? - (fikirləşir). Maraqlı sualdır. İlk növbədə çalışaram ki, həmin problemi özüm həll edim. Alınmasa, hansısa dostun qapısını açmağı özümə sığışdırmaram. Belə bir problemim olsa, qardaşımın, bacımın evinə gedərəm.- Həyatda futboldan başqa nəyə marağınız olub? - Yenilikləri hər zaman xoşlamışam. Futboldan sonra ikinci ən böyük marağım maşınadır. Maşınları çox sevmişəm. İndi də beləyəm.- Xasiyyətinizdən belə görünür ki, dava-dalaşı sevən adamsınız.... - Əslində, mən çox səmimi adamam. Yalan danışmağı xoşlamıram. Uşaqlıqdan belə bir xasiyyətim var ki, uduzmağı sevmirəm. Əhəmiyyətsiz yarışlarda uduzanda da, bunu özümə bağışlamırdım, pisimə gəlirdi. Davaya gəlincə, mənimlə heç kim dalaşa bilməz.- Niyə? - Həmin adamın işini 30 saniyəyə bitirərəm (gülür). Zarafat edirəm. Amma deməliyəm ki, dava eləmək bacarığım da var. Lakin bunlar insana xeyir gətirmir.- Mətbəxə, kinolara, musiqiyə marağınız necədir? - Gəl, kinolardan başlayaq. Köhnə kinolar üçün “ölürəm”, baxdıqca, baxmaq istəyirsən. Çünki hər baxanda nəsə yeni bir şey götürürsən, mənimsəyirsən. O mənada köhnə Azərbaycan kinolarının yerini heç nə vermir. Mətbəxlə aram yaxşı olsa da, musiqiləri çox da sevmirəm. - Sizcə, necə övlad olmusunuz? - Valideynlərim mənim üçün çox əzizdir. İndiyə kimi mehriban dolanırıq. Əlbəttə ki, nə qədər yaxşı olsam da, borclarını ödəyə bilmərəm, bu mümkün deyil. mənbə: apasport
XƏBƏR LENTİ