12:02 Cümə, 13 Dekabr 2019
GƏNCLİK

"Bizim gənclər siyasətinin modeli digər ölkələrə bir nümunə kimi nümayiş etdirilir"

12:08, 26.07.20194130
Bu gün Gənclər və İdman Nazirliyinin yaradılmasının 25-ci ildönümü münasibətilə nazirliyin kollektivi ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib.

AZXEBER.COM Trend-ə istinadən xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov jurnalistlərə bildirib ki, Azərbaycanda gənclər siyasəti dövlət tərəfindən dəstəklənir: "Bizim gənclər siyasətinin modeli Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunub və digər ölkələrə bir nümunə kimi nümayiş etdirilir".

Onun sözlərinə görə, 25 il ərzində gənclər sahəsində çox vacib layihələr həyata keçirilib, eyni zamanda idmanda böyük nailiyyətlər əldə olunub:

"Bakı idman sahəsində çox böyük, möhtəşəm tədbirlərə ev sahibliyi edib. Bu tədbirlər və olimpiadalarda idmançılarımız çoxlu sayda medallar qazanıblar. Düşünürük ki, gələcəkdə bundan da yüksək nailiyyətlər əldə ediləcək".
XƏBƏR LENTİ