19:32 Bazar Günü, 15 Dekabr 2019
Maqazin

BMT-də Beynəlxalq Novruz günü münasibətilə tədbir keçirildi

12:37, 19.03.2013935
BMT-də Beynəlxalq Novruz günü münasibətilə tədbir keçirildi
BMT mənzil qərargahında Beynəlxalq Novruz günü münasibəti ilə xüsusi tədbir keçirilib. Tədbir iştirakçılarına müraciət edən təşkilatın baş katibi Pan Gi Mun bildirib ki, bu bayram təbiətlə harmoniyanı, insan həmrəyliyi və yeni başlanğıcları simvollaşdırır.“Bu, iqlim dəyişikliyi, yoxsulluqla mübarizə və uzun müddət sürən münaqişələrin həlli problemlərini aradan qaldırmaq üçün tələb olunan dəyərlərdir”, - deyə P. G. Mun bildirib.Xatırladaq ki, 2010-cu ilin fevralın 23-də Azərbaycan, Albaniya, Əfqanıstan, Makedoniya, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Türkiyənin təşəbbüsü ilə BMT Baş Assambleyası martın 21-i Beynəlxalq Novruz günü elan edib.
XƏBƏR LENTİ