10:51 Cümə, 21 Sentyabr 2018
MARAQLI

Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar

21:01, 25.02.20181630
Boğazındakı iynə 19 il sonra çıxarıldı - Fotolar

Türkiyənin Manisa şəhərində 22 yaşlı qızın boğazından iynə çıxarılıb.

Məltəm Cansız adlı qız 3 yaşında olarkən iynə udub və illər ərzində həmin iynə onun boğazında qalıb.

Qız 14 yaşında olarkən üzünün sağ tərəfi, başı və qulağında ağrılar hiss etdiyi üçün həkimə müraciət edilib. Rentgen müayinəsi zamanı onun boğazında iynə aşkarlanıb. Lakin, əməliyyat keçirilsə də, həkimlər iynəni tapa bilməyiblər

M.Cansız 22 yaşında yenidən əməliyyat olunub. Ölüm və ya iflic olma riskinin olduğu əməliyyat bu dəfə uğurla baş tutub və iynəni onun boğzazından çıxarmaq mümkün olub.

 
qafqazinfo
XƏBƏR LENTİ