21:05 Bazar Ertəsi, 22 Aprel 2019
Maqazin

Brilliant Dadaşovadan məktəb direktoruna ağır sözlər: "Siz insani keyfiyyətlərdən məhrumsunuz"

11:11, 09.04.20194631
Brilliant Dadaşovadan məktəb direktoruna ağır sözlər:
Xalq artisti Brilyant Dadaşova 162 saylı orta məktəbin keçmiş direktoru Sevinc Abbasovanın ünvanına sərt ifadələr işlədib. 

AZXEBER.COM xəbər verir ki,müğənni sosial şəbəkə hesabında məktəbin keçmiş direktoru  Sevinc Abbasovanı ailəsində problem olan şagirdə xüsusi diqqət ayırmamaqda ittiham edərək bunları yazıb:

"Müəllimə, sizə ayıb olsun! Mənim atam Süleyman Dadaşov da pedaqoq idi və biz ondan ailələrdə mövcud olan çətinliklərin təsirini çox eşitmişdik. Bir tələbənin ailəsində problem varsa, deməli siz o uşağa daha çox diqqət ayırmalı idiniz. Bir başqa tərəfdən də Elinanın anası ikinci dəfə ailə qurubsa bu əsla pozğunluq deyil və buna görə o uşaq həyatı bahasına hesab verməməli idi!" 
 

 


XƏBƏR LENTİ