13:22 Cümə, 19 Yanvar 2018
Maqazin

Brilyantdan Floraya cavab: “Əfsuslar olsun ki, sizin savadınız...”

13:15, 14.07.2017779
Brilyantdan Floraya cavab:  “Əfsuslar olsun ki, sizin savadınız...”
Xəbər verdiyimiz kimi, xalq artisti Briliant Dadaşova sosial şəbəkədə erməni qarmonçunun ifasını bəyənərək ona dəstək olub. Xalq artistinin bu hərəkəri çoxları tərəfindən qınaq obyekti olub. Tənqidləri görən Briliant Dadaşova yazdığı şərhi silərək, yazılanları qara piar adlandırıb.
 
Brilyant Dadaşovanın bu addımına həmkarı xalq artisti Flora Kərimova dəstək olub.
 
O açıqlamasında Brilyantın nə qədər vətənpərvər olduğunu və Azərbaycan musiqisinə böyük töhvələr verdiyin vurğulayıb.
 
Xalq artisti Flora Kərimova Brilyant haqda müsahibəsini sosial şəbəkədə paylaşıb.
 
Ona dəstək olan xalq artistinə Briliant "Flora xanım əfsuslar olsun ki, sizin dünyagörüşünüz, savadınız, intellektual səviyəniz bugünki standarlara uyğun gəlmir”
 
Nazim Qasımzadə
0
XƏBƏR LENTİ