01:56 Bazar Ertəsi, 22 Iyul 2019
SOSİAL

BŞİH-dən Bakı sakinlərinə - Xəbərdarlıq

22:32, 12.07.20196598
BŞİH-dən Bakı sakinlərinə - Xəbərdarlıq
Bir neçə gün öncədən proqnozlaşdırılan güclü külək hazırda Bakıda özünü göstərir. 

Bakı Şəhər İcra Hakimiyyəti bu səbəbdən paytaxt sakinlərinə xəbərdarlıq edib.

BŞİH-in Yaşıllaşdırma Təsərrüfatı Birliyinin Bitkilərin mühafizəsi şöbəsinin rəisi Orxan Məmmədov "Qafqazinfo”ya açıqlamasında bildirib ki, bu saatlardan etibarən başlayan güclü küləyə görə İcra Hakimiyyəti rəhbərliyinin göstərişi ilə Birlik  gücləndirilmiş iş rejimdə çalışır: "Sürücülərdən xahiş edirik ki, avtomobillərini hündür və irigövdəli ağacların altında park etməsinlər. Həmçinin sakinlərdən küləkli hava şəraiti ilə əlaqədar ağacların altından keçərkən diqqətli olmaları tövsiyə edilir.

Vətəndaşlardan xahiş olunur ki, aşan və ya qəzalı vəziyyətdə olan ağaclarla bağlı (+994 12) 570 73 30 nömrəli qaynar xəttə zəng edərək məlumat versinlər".
XƏBƏR LENTİ