03:56 Bazar Günü, 26 Yanvar 2020
SOSİAL

Bu 2 rayonda qazın verilməsində fasilə yaranıb - SƏBƏB

17:33, 17.07.20192050
Bu 2 rayonda qazın verilməsində fasilə yaranıb - SƏBƏB
Xaçmaz və Ucar rayonlarının qaz təchizatında fasilə yaranıb.

"Azəriqaz" İstehsalat Birliyindən AZXEBER.COM-a verilən məlumata görə, Xaçmaz rayonunun Nərəcan kəndinin müəyyən hissəsinə xidmət edən 100 mm-lik qaz kəməri avtomobillə vurularaq qırılıb. Gecə saat 03:30-dan həmin ərazinin qaz təchizatı dayandırılıb. Xaçmazda digər bir halda da traktorla 108 mm-lik qaz kəməri vurularaq qırılıb. Bu səbəbdən Gəncəli kəndində saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb. Rayonun hər iki ərazisində ayrı-ayrılıqda 100 abonentin qaz təchizatında fasilə yaranıb.

Ucar rayonunda isə Xalac kəndini təbii qazla təmin edən 110 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması ilə əlaqədar olaraq, həmin kəndə təbii qazın verilişi bu gün səhər saat 09:30-dan dayandırılıb. Bu vaxt 140 abonentin qaz təminatında fasilələr yaranacaq. Gün ərzində təmir prosesi tamamlandıqdan sonra təchizat bərpa olunacaq.

WordPress Hostinq
7.99 AZN -dən başlayan qiymətlərlə
• Pulsuz Domen
• Pulsuz SSL Sertifikat
• 20GB Disk Həcmi
• 1 Hesabdakı saytlar
• Limitsiz E-poçt
Daha ətraflı informasiya üçün: https://hostimul.com/az/hosting-azerbaycan/

XƏBƏR LENTİ