09:41 Cümə, 19 Oktyabr 2018
SİYASƏT

Bu da yeni 100 dollar - FOTO

00:47, 30.05.20137413
Bu da yeni 100 dollar -  FOTO

Bu gün ABŞ-ın Federal Rezerv Şurası yenidən dizayn edilmiş $100 əsginazların 8 oktyabr 2013-cü il tarixindən etibarən tədavülə buraxılacağını elan edib.

Mavi, 3D təhlükəsizlik lenti kimi yeni təhlükəsizlik xüsusiyyətlərini özündə əks etdirən bu banknotların həqiqiliyini müəyyənləşdirmək ictimaiyyət üçün daha asan, onu saxtalaşdırmaq istəyənlər üçün isə daha çətin olacaq.

ABŞ-ın Azərbaycandakı səfirliyindən Trend-ə verilən məlumata görə, $100 banknotların yeni dizaynı 2010-cu ildə təqdim olunmuşdu, lakin istehsalla bağlı gözlənilməz gecikmə səbəbindən onun təqdimatı təxirə salınmışdı. Oktyabr ayında dövriyyəyə buraxıldıqdan sonra yenidən dizayn edilmiş əsginazların səmərəli dövriyyəsini təmin etmək üçün ABŞ-ın Valyuta Təhsil Proqramı yeni dizayn edilmiş banknotlarla bağlı məlumatlılığı artırmaq və onun təhlükəsizlik funksiyalarından necə istifadə etmək haqqında məlumat vermək məqsədilə dünya səviyyəsində fəaliyyət göstərən təşkilatlar və istehlakçılar arasında iş aparır.

XƏBƏR LENTİ