19:02 Cümə Axşamı, 14 Dekabr 2017
MƏDƏNİYYƏT

Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO

15:50, 21.11.2017724
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO

"İrsimizə atəş açmayın” adlı yeni sənədli film çox düşündürür.

 

İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Bakı Slavyan Universitetinin Jurnalistika kafedrasının müdiri, əməkdar jurnalist Şəlalə Həsənovanın Azərbaycan, alman və rus dillərində hazırladığı bu filmdə həm sülhə çağırış, həm İrəvansızlığın nostaljisi, həm düşmən gülləsi ilə qətlə yetirilən uşaqların harayı var.

Bu gün dünya siyasətinin tendensiyalarından biri həqiqətə ikili standartlarla yanaşmaqdır. Amma bütün hallarda əlahəzrət FAKT öz sözünü deyir. Şəlalə Həsənovanın hazırladığı filmin gücü və təsiri onun təməlini təşkil edən təkzibolunmaz faktlardadır. Belə ki, faciəsi qəlbimizi odlayan dağıdılmış İrəvan məscidləri qərb və Rusiya alimləri, səyahətçiləri, yazıçılarının xatirələrində canlandırılır və ilk dəfə film formatında Yerevanın xəritəsində onların yerlərini aydın şəkildə göstərmişdir.

İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənməklə yanaşı, ermənilərin bu yerləri farslaşdırma iddiaları erməni tarixçisi Tatevos Akopyanın dili ilə ifşa olunur. Eçmiədzin kilsəsinin yepiskopu Ovanes Şahhatunyantsa istinad edərək o yazıb ki, "Göy məscidin cənub hissəsində Hüseynəli xanın adının olduğu yazı və tikintinin başa çatdığı tarix həkk olunub - !765-ci il”. Bu da onu subut edir ki, Göy məsçidi erməni yalanına zidd olaraaq hansisa fars deyil, türk mənşəli Qacarlar nəslindən olan AZƏRBAYCANLI, İrəvan xanı Hüseynəli xan tikdirib.


Bununla yanaşı, Şəlalə Həsənova Azərbaycanla Ermənistan arasında yaradılmış "Sülh Platforması”nın həmtəsisçisi kimi, iki ölkə arasındakı qarşıdurma nəticələrinin aradan qaldırılması, düşmən obrazının məhv edilməsi və daxili sülh ehtiyatlarının axtarılması mövqeyindən çıxış edir. Filmdə göstərildiyi kimi, rasional fikirli ermənilərin özləri də etiraf edirlər ki, tarixi gerçəkliklər erməni xalqının özündən belə gizlədilir.

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə ərsəyə gəlmiş "İrsimizə atəş açmayın” Şəlalə Həsənovanın sayca 10-cu filmidir. Bu yaxınlarda filmin ilk təqdimatı Tiflisdə M.F.Axundov adına Azərbaycan Mədəniyyəti muzeyində keçirilmişdir. Azərbaycanın Gürcüstandakı səfirliyinin dəstəyi ilə reallaşan tədbirdə Azərbaycan və gürcü ictimaiyyətinin nümayəndələri, siyasətçilər, media təmsilçiləri iştirak edib, film haqqında yüksək təsuratlarını bildirmişlər.


0
XƏBƏR LENTİ