BAKU AZƏRBAYCAN
8°C
euro 1.8710
dollar 1.7010
rubl 0.0268
lirə 0.2700

Bu gecədən Bakıda sarı zolaq qadağası qüvvəyə minəcək

Bu gecədən Bakıda sarı zolaq qadağası qüvvəyə minəcək
SOSİAL
10:08 19.07.2019
2285
Bu gecədən etibarən "Baku 2019” - Avropa Gənclər Yay Olimpiya Festivalı ilə əlaqədar olaraq paytaxtın bəzi küçə və prospektlərində sarı zolaq qadağası qüvvəyə minəcək.

AZXEBER.COM xəbər verir ki, bu barədə Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

"Qadağa iyulun 20-si gecə saat 00:00-da başlayacaq və 28-i gecə 24:00-dək davam edəcək.  

Bu müddət ərzində yollardakı sarı zolaqlarda yalnız xüsusi nəqliyyat vasitələrinin hərəkətinə icazə veriləcək.

Sarı zolaqlar üzrə digər avtomobillərin hərəkəti avtomobil sahibləri və sürücülərin inzibati məsuliyyətə cəlb edilməsinə hüquqi zəmin yaradacaq.

Bu zolaqlar üzərində hərəkətin qadağan olduğunu bildirən yol nişanları da qoyulub.

Bununla bağlı yetərincə təbliğat aparılıb. Burada söhbət sürücülərin cərimələnməsindən getmir. Biz bununla "Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının mahiyyətini sürücülərə çatdırmaq istəyirik”, - V.Əsədov bildirib.

V.Əsədov qadağa qüvvədə olduğu müddətdə sürücüləri sarı zolaqlar üzrə hərəkət etməməyə çağırıb: "Biz sürücülərdən Bakıda süni sıxlığın və tıxacların yaranmaması üçün ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələrini xahiş edirik.

Onlara Sarı zolaqlar üzrə Təşkilat Komitəsi tərəfindən xüsusi tanınma nişanları (avtomobilin ön və arxa şüşəsi üzərində xüsusi emblem) olan avtomobillərin hərəkətinə şərait yaratmalarını tövsiyyə edirik.

Bundan əvvəlki dövrlərdə Bakıda keçirilmiş idman tədbirləri zamanı Bakı yollarına sarı rəngli zolaqların tətbiq edilməsinin müsbət nəticələrini nəzərə alaraq, diqqətə çatdırırıq ki, sürücülər festival iştirakçılarının tədbir yerləri istiqamətində bu zolaqlar üzrə təhlükəsiz hərəkəti üçün şərait yaratmalıdırlar”.

İdarə rəsmisi vurğulayıb ki, həmin günlərdə paytaxt küçələrində gücləndirilmiş iş rejimində çalışan yol polisləri hər bir sürücünün mənzil başına çatmasını təmin edəcək.

Qeyd edək ki, "Baku 2019” Avropa Gənclər Yay Olimpiya Festivalının Bakıda keçirilməsi ilə əlaqədar olaraq paytaxtın "Ziya Bünyadov”,

"Q.Qarayev”, "Neftçilər”, "Atatürk”, "H.Ələsgərova”, "Azadlıq”, "Z.Əliyeva, "Tiblisi, "Moskva”, "Ü.Hacıbəyov”, R.İsmaylov və s. küçə və prospektlərində çəkilmiş sarı rəngli və xüsusi işarəli avtomobil zolaqları kameralar vasitəsilə tam nəzarətə götürülüb. 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

19:25 28.03.2020

Azərbaycanda koronavirusdan daha bir nəfər öldü - 17 yeni yoluxma

18:51 28.03.2020

“Dərs vaxtı”nın 30 mart cədvəli açıqlandı

18:48 28.03.2020

“Evləndikdən sonra da ata-bala kimi yaşadıq”

18:26 28.03.2020

Uşaqları koronavirusdan qorumaq üçün nələr edilməlidir?

18:02 28.03.2020

Polis postlarından bu şəxslər keçə bilər: Qayda təsdiqləndi - SİYAHI

17:48 28.03.2020

Koronavirisun daha bir ağır fəsadı - Çin həkimləri açıqladı

17:29 28.03.2020

Bakıda 54 yaşlı kişi bıçaqlandı

17:17 28.03.2020

YAP Gəncə şəhər təşkilatının fəalları tənha və ahıl sakinlərə yardım edirlər -VİDEO

17:08 28.03.2020

“40 günə bəşəri təhlükəyə qalib gəlinəcək, lakin...” – Zahid Orucun yazısı

16:51 28.03.2020

Prezident: "Bu xəstəxana pandemiyaya qarşı mübarizədə əlavə imkanlar yaradacaq"

16:44 28.03.2020

Koronavirus xəstələri sabahdan “Yeni klinika”ya köçürüləcək

16:23 28.03.2020

Rusiyada daha bir nəfər koronavirusdan öldü

16:06 28.03.2020

Abşeronda təbliğat işləri səsgücləndirici qurğular vasitələrlə aparılır - FOTOLAR

16:03 28.03.2020

Zaqatalada koronavirusla bağlı yalan xəbər yayanlar saxlanıldı

15:49 28.03.2020

İlham Əliyev Bakıda “Yeni klinika” tibb müəssisəsinin açılışında iştirak edib - FOTOLAR

15:43 28.03.2020

Bakıda 6 yaşlı uşaq xəstəxanada ölüb - RƏSMİ AÇIQLAMA