19:54 çərşənbə Axşamı, 20 Fevral 2018
GƏNCLİK

"Bu hadisə Azərbaycan gəncləri üçün də əlamətdardır" - Seymur Orucov

14:33, 16.08.2017360

«Azərbaycanın nüfuzlu beynəlxalq tədbirlərə ev sahibliyi etməsi ənənə halını alıb».

Bu fikirləri YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov deyib.

S.Orucov bildirib ki, bir neçə gündür Azərbaycan dünya skautlarının toplaşdığı məkana çevrilib. Onun sözlərinə görə, dünya skaut hərəkatı özündə 40 milyondan artıq insanı birləşdirir.

«Məlum olduğu kimi, Bakıda keçirilən tədbir dünya skautlarının bir yerə toplaşdığı ən böyük tədbirdir. Bu hadisə Azərbaycan gəncləri üçün də əlamətdardır. Hesab edirəm ki, gənclərimizin bu platformada təmsilçiliyi artacaq»- deyə, S.Orucov qeyd edib. 

 

0
XƏBƏR LENTİ