18:51 Bazar Ertəsi, 19 Avqust 2019
DÜNYA

Bu kənddə ölmək qadağandır - FOTO

01:09, 15.03.20121850
Bu kənddə ölmək qadağandır - FOTO
İtaliyanın cənubunda yerləşən Falçano del Massiko kəndinin icra nümayəndəsi eyrli sakinlərə ölməyi qadağan edib. “La Stampa” nəşrinin yazdığına görə, buna səbəb kənddə qəbiristanlığın olmamasıdır. İş ondadır ki, Falçano del Massiko kəndində ölən şəxslər qonşuluqda yerləşən Karinola qəsəbəsinin qəbristanlığında dəfn edilirdi. Buradakı qəbiristanlığın genişləndirilməsi planı da var imiş. Lakin Karinola rəhbərliyi tərəfindən heç bir təşəbbüs gəlmədiyindən Falçano del Massikonun meri Culio Çezare Fava problemi başqa yolla həll etmək qərarına gəlib və nəticədə təxribat xarakterli qərar ortaya çıxıb.Maraqlıdır ki, öncə bu qərara əsəbiləşən yerli sakinlər sonradan seviniblər. Belə ki, merin qərarından sonra bəzi sahibkarlar özlərinin torpaq sahələrini təqdim ediblər. Lakin martın 5-dən Falçano del Massiko kəndinin iki sakini meri tapşırığını qulaqardına vuraraq dünyalarını dəyişib.Qeyd edək ki, kəndin öncəki merləri də qəbiristanlıq layihəsini reallaşdırmaq istəyirdi, ancaq bu, kiçik kənd üçün baha başa gəldiyi üçün layihədən imtina etməli olublar.
XƏBƏR LENTİ