05:32 Bazar Ertəsi, 19 Noyabr 2018
SAĞLAMLIQ

Bu kəndlərdə körpələr əlsiz və ya qolsuz doğulur - Nazirlikdən həyəcan təbili

16:16, 02.11.20182692
Bu kəndlərdə körpələr əlsiz və ya qolsuz doğulur - Nazirlikdən həyəcan təbili
Fransada müəmmalı doğum halları ilə əlaqədar olaraq ölkəmiqyaslı araşdırmalar başladılıb.

Bu barədə məlumatı Fransanın səhiyyə naziri bildirib.

"Mən səbəbini bilmək istəyirəm və düşünürəm ki, bütün fransız xalqını da bu narahat edir", - səhiyyə naziri Agnes Buzyn BFM TV-ə açıqlamasında söyləyib.

Onun dediyinə görə, 2000-ci ildən bu vaxta qədər Fransanın bəzi kəndlərində 20-dən çox uşaq qolsuz və ya əlsiz doğulub.. Hətta, nəinki, körpələr, həmin ərazilərdə doğulan buzovların və cücələrin də bəzi bədən hissələri yoxdur.

Həmin ərazilər Fransanın şərqindəki Ain, Morbihan və Bretan əyalətləridir. Bu bölgələr arasında kilometrlərlə məsafə var.

Məsələ ilə bağlı həyəcan təbili çalınıb. Xəbərdarlıq edilib ki, bu, su və ya ərzaqlardakı toksinlərlə əlaqədar ola bilər.

Qeyd edək ki, 1950-60-cı illər arasında dünyada ümumilikdə 10 000-dən çox övlad qüsurlu doğulub. Buna səbəb qadınların hamiləlik vaxtı ürəkbulanmasını keçirmək üçün istifadə etdikləri dərmanlar olub.
 
///Milli.Az
XƏBƏR LENTİ