16:07 Cümə Axşamı, 15 Noyabr 2018
DÜNYA

Bu ölkədə baş nazir sözə baxmayan məmurları döyüb, soyuq suda saxlayır - FOTOLAR

16:29, 03.11.20185331
Bu ölkədə baş nazir sözə baxmayan məmurları döyüb, soyuq suda saxlayır - FOTOLAR

Özbəkistanda məmurların feodal üslubda cəzalandırılmasına dair daha bir fakt məlum olub. "Azadlıq” radiosu xəbər verir ki, bu dəfə suvarmaya və kənd təsərrüfatına cavabdeh olan yerli məmurları çiyinlərinə iri kəltən alaraq ayaq üstə dayanmağa məcbur ediblər.

Məmurları bu cür cəzalandıran isə yenə də baş nazirin müavini Zoir Mirzəyevdir. Mirzəyev oktyabrın 25-də Daşkənd vilayətinin Akkurqan rayonuna səfəri zamanı taxıl sahəsinin yaxşı suvarılmadığını görüb və bu sahəyə cavabdeh olan yerli məmurları döyüb. Daha sonra onları arxa salaraq dizə qədər soyuq suda dayanmağa məcbur edib. Bu səhnəni əks etdirən fotonun sosial şəbəkələrdə yayılmasından sonra qalmaqal yaranıb və prezident Şövkət Mirziyoyev baş nazirin müavinini işdən azad edib. Baş prokurorluq təhqiqata başlayıb.

 

 

Sosial şəbəkələrdə yayılan başqa fotodan isə məlum olur ki, Zoir Mirzəyv Daşkənd vilayətinə həmin səfəri zamanı Bekabad rayonunda da yerli məmurları cəzalandırıb. Bu fotoda əllərinə bir-iki iri kəltən alıb əkin sahəsində ayaq üstə dayanan altı nəfər yer alır. Onlardan birinin əlindəki kəltən o qədər ağırdır ki, məmurun beli əyilib.

Bekabad rayon administrasiyasının adının açıqlanmamasını xahiş edən məmuru bildirib ki, həmin gün Daşkənd vilayətinə səfər edən baş nazirin indiki keçmiş müavini Zoyir Mirzəyev taxıl sahəsində iri və quru kəltənləri görəndə bərk qəzəblənib. Mirzəyev yerli məmurları söyməyə, təhqir etməyə başlayıb.

"Nəyə görə sahəni şumlamısınız və bu cür böyük kəltənləri xırdalamadan taxıl əkmisiniz?”-Mirzəyev qışqırıb və yerli məmurları küçə söyüşləri ilə söyüb. Daha sonra o əmr verib: rayon kənd təsərrüfatı şöbəsinin rəisi Farxod Hotamov, rayon fermerlər ittifaqının sədri Uluqbek Xudoyberdiyev, vilayət kənd təsərrüfatı idarəsinin rəisi Kasım Bazarbayev, vilayət su təsərrüfatı idarəsinin rəisi Bəxtiyar Qurbanov, yerli torpaq kadastrı şöbəsinin rəhbəri Abdulla Umarov, rayon su təsərrüfatı şöbəsinin rəhbəri İbrahim Berdikulov taxıl sahəsində əllərinə bir-iki kəltən alıb ayaq üstə dayanmalıdır! Və əllərini yuxarı qaldırmalıdır!

Əmr yerinə yetirilir və Zoyir Mirzəyev "günahkarların” bu vəziyyətdə fotolarını çəkib bütün rayon məmurlarına göndərməyi tapşırır. "Qoy başqalarına da dərs olsun”-baş nazirin müavini deyir. Məmurların cəzalandırılma səhnəsini nazir müavini telefonuna çəkir.

Əlinə kəltən alıb ayaq üstə dayanmağa məcbur olanlardan biri-İbrahim Berdikulov baş verənləri danışır: "Sahə taxıl əkini üçün pis hazırlanmışdı, fermerlər böyük və quru kəltənləri xırdalamamışdı. Məni əsassız cəzalandırıblar və buna görə inciyirəm. Bekabad rayonunun su təsərrüfatına cavabdehəm, amma məni taxıl sahəsindəki quru kəltənlərə görə cəzalandırıblar. Lakin baş nazirin müavini heç qulaq da asmadı və bizi məcbur etdi ki, əlimizə iri kəltənlər alıb sahədə ayaq üstə dayanaq. Kəltənləri ancaq nazir müavini şəklimizi çəkəndən sonra yerə atdıq”.

Bekabad rayon torpaq kadastrı şöbəsinin rəisi Abdulla Umarov isə deyib ki, bu cəzalandırmadan sonra öz ərizəsi ilə işdən gedib. Qalanları isə vəzifələrində işləməkdə davam edir.

Bildirilir ki, Mirzəyevin məmurları dizə qədər suya soxduğu, yaxud çiyinlərinə kəltən qoyduğu üzə çıxandan sonra onun özü ilə yanaşı Daşkənd vilayətinin rəhbərləri, o cümlədən vilayət prokurorunun müavini işdən çıxarılıblar. Çünki onlar da həmin cəzalandırma səhnəsində iştirak etmişdilər.

 


XƏBƏR LENTİ