17:11 çərşənbə, 19 Dekabr 2018
MARAQLI

Bu ölkədə toy gecəsi qayınana bəylə gəlini izləyir və ... - Qəribə toy adətləri

16:21, 01.03.20188373
Bu ölkədə toy gecəsi qayınana bəylə gəlini izləyir və ... - Qəribə toy adətləri
Dünyanın dörd yanında qəribə toy adətləri
 
Evlənmə qərarı almaq və toy qabağı hazırlıqlar həm cütlükləri, həm də ailələri düşündürən və həyəcanlandıran məsələdir.
 
Toylara qəribə adətlər də əlavə edilincə işlər daha da gərginləşir.
 
AZXEBER.COM xəbər verir ki, ölkəmizdə olduğu kimi, xarici ölkələrdə olan qəribə toy adətləri var. Onlardan bəzilərini təqdim edirik:
 
Kolumbiyada gəlinin anası evliliyə çox qarışır. Gəlinin anası toy gecəsi olan cütlüyün yatağının kənarına oturaraq onların ilk münasibətinə şahidlik edir.
 
Pakistanda bəy gəlinin anası tərəfindən böyük sınaqdan keçir. Bu sınaq əslində bəyin ailə tərəfindən təhqir olunmasıdır. Bəy bu təhqirlərə dözüb, heç bir reaksiya verməsə, gəlinlə evlənməyə icaze verilir. Yox, əgər bəy səbrsiz davranıb, qayınanasına cavab versə, qızı ona vermirlər.
 

 

 

Mavritaniyada evlənməzdən əvvəl gəlinlərin ən az 100 kiloqram olması lazımdır. Bu ölkədə bəyin ailəsi tərəfindən gəlinə tez-tez yemək verilir. Əgər gəlin istəməsə cəzalandırılır.
 

 

 

Şimali Koreyada əvvəllər bəyin adamları arxalarına qaz bağlayaraq at üstündə gəlinin evinə gedərdilər. Hazırda isə ördəyi simvol olaraq taxta ördək şəklində istifadə edirlər. Evlənməzdən əvvəl cütlüyün evinə taxta ördək yerləşdirilir. Cütlüyün taxta ördəyi tərs olaraq qoysa dava etdikləri, düz qoysa yaxşı yola getdikləri bəlli olur.
 

 

 
Hindistanda toy adətlərinin başında bir oyun dayanır. Hindistanda gəlin və bəy üçün dini ocaq qalanır və ətrafına kiçik yastıqlar qoyulur. Dini ocağın ətrafında dörd dəfə fırlandıqdan sonra yastığa ilk kim oturarsa, evdə onun sözünün keçəcəyinə işarədir.
 

 


Vikinqlər zamanında gəlinlər bəylərə auksiona qoyularaq satılırdı. Bəy gəlinin üzərindən bir qiymət irəli sürür, gəlinin atası isə bəy ilə bazarlıq edirdi.
 

 


 
 
Guamda bakirə qızların evlənməsi qadağan idi. Buna görə də toyu olacaq gəlin əvvəlcədən pul müqabilində bakirəliyini pozdururdu.
 

 

 

Bosna-Hersoqavinyada bəy gəlinin evinə dəvət edilərək ailənin böyükləri evlilik haqqında söz-söhbət edərlər. Qızın ailəsindəki böyüklər bəy haqqında qərar aldıqdan sonra bəyə qəhvə təklif edilir. Qəhvə duzlu və turş olduqda bəyə yox cavabı verilmiş olur, şirin olarsa uyğun görülmüş hesab edilir.
 

 


XƏBƏR LENTİ