07:47 çərşənbə Axşamı, 16 Oktyabr 2018
DÜNYA

"Bu, məni dərindən sarsıtdı" - İlham Əliyev Putinə başsağlığı verdi

11:04, 12.02.2018585
Azərbaycan prezidenti  İlham Əliyev Rusiya Federasiyasının prezidenti Vladimir Putinə Rusiyada baş vermiş dəhşətli təyyarə qəzası ilə bağlı başsağlığı verib.

AZXEBER.COM xəbər verir ki, başsağlığında qeyd olunur:

"Hörmətli Vladimir Vladimiroviç,

Moskva vilayəti ətrafında baş vermiş və çoxsaylı insan tələfatına səbəb olmuş aviasiya qəzası barədə xəbər məni dərindən sarsıtdı.

Sizə, həlak olanların doğmalarına və yaxınlarına, bütün Rusiya xalqına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verirəm”.
XƏBƏR LENTİ