07:40 çərşənbə Axşamı, 25 Iyun 2019
MARAQLI

Bu meyvələr xərçəngin qarşısını alır - SİYAHI

23:28, 03.06.201910109
Bu meyvələr xərçəngin qarşısını alır - SİYAHI
Yay aylarında bəzi qırmızı meyvələr müxtəlif xəstəliklərin qarşısını alır.

AZXEBER.COM ölkə.az-a istinadən bu siyahını və qəbul edilən meyvələrin faydasını təqdim edir.

Hər dərdə dərman

Xüsusən də yay aylarında qırmızı meyvələri tapmaq asandır. Bu meyvələr ləzzətli olmaqla yanaşı dərman kimi bir çox dərdin dərmanıdır. Eyni zamanda bu meyvələrin tərkibi antioksidantla zəngindir.

Bu meyvələr qanda şəkərin miqdarını azaldır. Eyni zamanda imunitet sistemini gücləndirir. Bağırsaqların stabil fəaliyyətini dəstəkləyir. Bu meyvələr həm də xərçəngə səbəb olan təhlükəki hüceyrələrin də qarşısını alır, ürək-damar xəstəliklərinə qarşı da qoruyur. "Alzheimer" və qocalıqdan yaranan xəstəliklərlə də mübarizə aparır.

Moruq və böyürtkən xərçəngə səbəb olan pis hüceyrələrin çoxalmasının qarşısını alır. Eyni zamanda yaddaş probleminə də faydası var. Ağız içində yaranan yaraları da müalicə edir.

Digər faydalı meyvə isə qarağatdır. Qarağatın tərkibində antioksidant çoxdur. Bu səbəbdən xərçəng hüceyrələri ilə mübarizədə effektivdir. Həm də yağın orqanizmdən xaric edilməsinə kömək edir. Qarağatın tərkibində omeqa-3 də çoxdur. Bu isə damarların sərtləşməsinin qarşısını alır.

Qırmızı qarağatın tərkibində C, B və K vitaminləri çoxdur. Eyni zamanda fosfor da var. Bu meyvə qəbz probleminin qarşısını alır və orqanizmə çox faydalıdır.

Bu meyvələr həm də insanların şirniyyata olan ehtiyacını əvəz edə bilər. Səhər yeməyində bir ovuc, yəni 10-15 ədəd yemək bəs edir. Eyni zamanda qəhvəaltılarda südlə birlikdə də bir ovuc qəbul etmək olar.

Alimlər həm də qeyd edirlər ki, bu meyvələrin suyu şəkərli olur və qanda şəkər miqdarını artırır. Bu səbəbdən meyvələri yemək lazımdır, suyunu əzib içmək yox.
XƏBƏR LENTİ