03:04 Bazar Günü, 18 Avqust 2019
SAĞLAMLIQ

Bu qidalar insan ömrünü uzadır - SİYAHI

16:38, 30.07.20137054
Bu qidalar insan ömrünü uzadır - SİYAHI

Amerikanın Harvard Universitetinin alimləri müntəzəm qəbul edildikdə, insan ömrünü uzadan ərzaqların siyahısını hazırlayıb.

Araşdırmalarda 30 min insan iştirak edib. Birinci yerə alimlər meyvə və tərəvəzləri layiq biliblər. Ancaq alimlər deyirlər ki, bunlar rəngbərəng olmalıdır. Xüsusən, tərəvəzlər maddələr mübadiləsinin normal getməsinə və arıqlamağa kömək edir. Gündə 3 porsiya tərəvəz yemək infarkt riskini 42 faiz azaldır. Siyahının ikinci yerində tərkibində katexin olan yaşıl çay qərarlaşıb. Bu üzvi maddələr həzm sistemində xərçəng əmələgəlmə təhlükəsini 20 faiz azaldır. Alimlər qeyd edir ki, profilaktika üçün gündə 1 fincan yaşıl çay içmək kifayət edir. Siyahıda 3-cü yerdə sitrus bitkiləri - portağal, limon, qreypfrut dayanır. Bu meyvələr qanda xolesterini aşağı salmağa kömək edir. Daha sonra siyahıda düyü, küncüt, yulaf, paxla, yer kökü, badımcan, şirin bibər, püstə və çay kimi qida maddələri yer alıb. Bundan başqa alimlər qeyd ediblər ki, qəhvə də insan ömrünü uzatmağa kömək edir. Gündə 1 fincan qəhvə ömrü təxminən 2 ilə qədər uzadır.//anspress

XƏBƏR LENTİ