21:29 Cümə Axşamı, 05 Dekabr 2019
SOSİAL

Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO

10:32, 13.11.20193564
Bu ünvandakı sakinlər kirayə evlərə çıxarılacaq - VİDEO
Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxananın 4-cü mərtəbəsinin dam örtüyünün bir hissəsi noyabrın 11-də çöküb. 

AZXEBER.COM ATV-yə istinadla xəbər verir ki, yataqxanada müvəqqəti məskunlaşmış məcburi köçkün ailələrin heç birinə hadisə nəticəsində maddi ziyan dəyməyib.

Yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, 17 məcburi köçkün ailəsi Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə yeni mənzillərə köçürüləcək. 

Binada yaşayan və məcburi köçkün olmayan digər ailələr isə kirayə evlərə çıxarılacaq.

Nərimanov rayon İcra Hakimiyyətindən bildirilir ki, qəzalı binanın yerində çoxmərtəbəli bina tikiləcək. Həmin sakinlərə də bu binadan mənzil veriləcək.
 

XƏBƏR LENTİ