Bunu edən sürücülər 500 manat cərimələnəcək - RƏSMİ

15 Noyabr 2017, 11:31
AAA
Qanun qadağan etsə də, avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaratsa da, antiradar cihazı açıq satışa çıxarılır.

AZXEBER.COM xəbər verir ki, qadağan edilmiş bu cihazın həm Əmlak Məsələləri Dövlət Komitəsində hərraca çıxarılması və alış-veriş saytında açıq şəkildə satılması ilə bağlı Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov axar.az-a açıqlama verib. O bildirib ki, antiradar cihazının satışı "Yol hərəkəti haqqında" qanunun tələblərinin təbliğinə aid deyil:

"Bu cihazın satışı ilə bağlı biz bir şey edə bilmərik. "Yol hərəkəti haqqında" qanunda deyilir ki, antiradar qurğularının avtomobillərə quraşdırılması inzibati xəta tərkibi yaradır. Bunun cəriməsi də yüksəkdir. Avtomobilərə antiradar cihazı, yəni radarın işini əngəlləyən qurğu qoyulmasına görə sürücü məsuliyyət daşıyır. Sürücü o qurğuya görə 500 manatdan 800 manata qədər cərimə edilə bilər".

V.Əsədov bildirib ki, həmin cihazın satışına müdaxilə edə bilməzlər:

"Bu qurğunun satışı ilə bağlı sualı bizə ünvanlamayın. Bununla biz məşğul olmuruq. Bu, bizə aid olan bir məsələ deyil. Biz birmənalı olaraq bildiririk ki, qanun bu qurğuların avtomobillərə quraşdırlmasına icazə vermir. Hər hansısa avtomobildə bu cihaz müəyyən edilərsə, mütləq qaydada cərmələnəcək".

Hüquqşünaş, yol-hərəkəti üzrə ekspert Ərşad Hüseynov açıqlamasında bildirib ki, dəqiqləşdirmək lazımdır, hərracda və saytlarda satışa çıxarılan həmin qurğu özündən radiodalğalar buraxaraq radarın fəaliyyətini məhdudlaşdıran cihazdır, ya yox:

"Antiradar özü dalğalar buraxan və bu dalğalarla radarın işini məhdudlaşdıran qurğudur. Antiradar - radara işləməyə imkan verməyən cihazdır. Radarın dalğalarını öldürür, boğur və imkan vermir ki, radar avtomobilin sürətini ölçsün.

Azərbaycanda məhz antiradar, yəni radarın dalğalarını öldürən cihaz qadağandır. Bu qurğudan da avtomobillərdən başqa heç bir yerdə istifadə edilməsi mümkün deyil. Avtomobillərə quraşdırılması da qadağan edilibsə, ölkədə satışı, gətirilməsi də əhəmiyyətsizdir".



Ə.Hüseynovun sözlərinə görə, dövriyyəsi məhdudlaşdırılan əmlakların konkret siyahısı var ki, radarın fəaliyyətini məhdudlaşdıran antiradar da həmin siyahıya salınıb:

"Prezident tərəfindən o əşyaların siyahısı da müəyyən olunub. O siyahıda da konkret bildirilir ki, hansı texniki göstəriciləri olanlar məhdudlaşdırılıb. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin həmin cihazların ölkəyə gətirilməsini və satılmasını qadağan edib, məhdudlaşdırıb. Avbtomobillərə quraşdırıması da qanunla tənzimlənir, cəriməsi də var".

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev də deyir ki, antiradarlar radarların işinə mane olduğuna görə qadağan edilib.

Qeyd edək ki, antiradar cihazı "Tap.az" saytında açıq satışa çıxarılıb. Həmçinin Əmlak Məsələləri Dövlət Komitəsinin növbəti hərracında da sözügedən cihaz satılır.


Oxunma sayı : 10368

SON XƏBƏRLƏR
Ərdoğan: Kim nə qədər istəyir narahat olsun, biz AES tikəcəyik - 21 Noyabr 2017, 17:23
"Banklar indi vətəndaşlara kömək etsin" - Siyavuş Novruzov - 21 Noyabr 2017, 17:15
Azərbaycanlı futbolçu həbs edildi - İran vətəndaşını qarət etdiyi üçün - 21 Noyabr 2017, 16:53
Yeni Azərbaycan Partiyasının yaradılmasından 25 il ötür - 21 Noyabr 2017, 16:47
“BakuBus”ın avtobusu gənc qızı vurdu - 21 Noyabr 2017, 16:46
İqtisad Universitetinin rektoru Ədalət Muradov Təhsil Naziri olmaq istəyir - 21 Noyabr 2017, 16:32
"Xarici şok baş verməzsə, valyuta bazarında sabitlik qorunacaq" - Elman Rüstəmov - 21 Noyabr 2017, 16:27
Suraxanıda körpə meyiti aşkarlandı - 21 Noyabr 2017, 16:23
"Bəzi səfirliklər bağlansın" - Deputatdan tələb - 21 Noyabr 2017, 16:21
İDDİA! Hüseyn Abdullayev "Azərsun"a basqın edib: biznesmen döyülüb, seyfindən 180 min dollar aparılıb? - AÇIQLAMA - 21 Noyabr 2017, 16:06
"Dəmirbank"a depozit qoymaq istəyənlərin milyonları mənimsənildi - 21 Noyabr 2017, 16:02
"Mənimlə yatın, yaxşı qiymət yazım" - əxlaqsız müəllimdən təklif - 21 Noyabr 2017, 16:00
Gəncədə “Bugünkü yatırım sabaha inamdır” gənclər üçün məşğulluq layihəsi həyata keçiriləcək - 21 Noyabr 2017, 15:57
“4 dil bilir, ona görə fikrini səhv ifadə edib” - Vaqif Əsədov - 21 Noyabr 2017, 15:53
Bu filmdə İrəvanın orta əsr Azərbaycan şəhəri olması faktı təsdiqlənir - VİDEO - 21 Noyabr 2017, 15:50
Mətanətin qızının Antalyadakı toyundan - FOTOLAR + VİDEO - 21 Noyabr 2017, 15:46
“ASAN Radio” Gəncədə yayıma başladı - 21 Noyabr 2017, 15:44
Bakıda daha bir avtobusun hərəkət trayektoriyası dəyişdi - 21 Noyabr 2017, 15:40
"Çelsi" Bakıda 150 polisin mühafizəsi altında məşq edəcək - 21 Noyabr 2017, 15:32
Lənkəranda “zapravka”da yanğın - Yaralananlar var - 21 Noyabr 2017, 15:25
Azərbaycanlı məşhurlar gömrük işçilərinə qarşı: "Bu adamların tərbiyəsizliyinə nə vaxt son qoyulacaq?" - 21 Noyabr 2017, 15:04
"Əlimdə olan futbolçular məni qane edir" - Qurban Qurbanov - 21 Noyabr 2017, 14:31
Azərbaycan sərt pul siyasət yürüdəcək - 21 Noyabr 2017, 14:16
Konte: ""Qarabağ" son 2 oyunda əla çıxış edib" - 21 Noyabr 2017, 14:13
“Heydər Əliyev bizə müasir Azərbaycanı bəxş edib” - Deputat - 21 Noyabr 2017, 14:03
Sürücüləri hər gün bezdirən siğorta şirkətləri: Nömrələrimizi onlara kim satır? - 21 Noyabr 2017, 13:56
Əliyar Ağayev "Beşiktaş" - "Portu" oyununda - 21 Noyabr 2017, 13:42
Azərbaycanlı manyakdan dəhşətli etiraflar: "Adam ətindən qutab bişirib vağzalda satırdıq" - VİDEO - 21 Noyabr 2017, 13:22
“Alkoqollu içkilər və siqaretin qiyməti iki dəfə arta bilər” - Maliyyə naziri - 21 Noyabr 2017, 13:22
Sabah bəzi yerlərdə sulu qar yağacaq - 21 Noyabr 2017, 13:14
Azərbaycan dövləti Rasim Balayevi müalicə üçün Türkiyəyə göndərir - 21 Noyabr 2017, 12:52
Bəstəkarlar İttifaqında Qənirə Paşayeva ilə görüş keçirildi - 21 Noyabr 2017, 12:48
"Qarabağ danışıqları tezliklə başa çatmayacaq” - Lavrov - 21 Noyabr 2017, 12:36
Yasəmən Əliyeva ilə bağlı yazı təkzib edildi – “Şikayətçi” “itib” - 21 Noyabr 2017, 12:29
“Yalandır, 1000 manat yox, 160 manat pensiya alıram” - Rasim Balayev - 21 Noyabr 2017, 12:21
Baş nazir Milli Məclisdə - Büdcə müzakirələri başladı - 21 Noyabr 2017, 12:16
Qubada dəhşət - Oğul atasını güllələdi - 21 Noyabr 2017, 12:04
Səttar Mehbalıyev Səlim Müslümovu 1 il əvəz edəcək - 21 Noyabr 2017, 11:54
Bərdədə 20 yaşlı qızın əli ətçəkən maşında qaldı - 21 Noyabr 2017, 11:51
Ordumuz düşməni geri çəkilməyə məcbur etdi - VİDEO - 21 Noyabr 2017, 11:39
Kriminal avtoritet ilə fotosu yayılan Zöhrə Abdullayeva danışdı: "Kişilik avtoritetlərdə olur" - 21 Noyabr 2017, 11:30
Bağça müəlliməsi uşağa işgəncə verdi - VİDEO - 21 Noyabr 2017, 11:23
Azərbaycanda yol polisinin "bonusu" - Bunun üçün daha çox cərimə yazılır? - 21 Noyabr 2017, 11:02
İzləyiciləri Fahriye Evcenin yalanını üzə çıxartdı - FOTO - 21 Noyabr 2017, 10:51
29 yaşlı gənc intihar etdi - 21 Noyabr 2017, 10:45
Bütün xəbərlər >>


Ünvan: Bakı şəhəri, Zərifə Əliyeva küçəsi 32, Ofis 10
Bizim email ünvanımız: [email protected]
Əlaqə nömrəsi
012-493-13-65
077-270-01-10